Civil Lex

Şirkət haqqında:
CIVILLEX MMC yerli bazarın tələblərini ödəmək üçün biznesinizə effektiv, sərfəli və kreativ biznesin idarə edilməsi, hüquq, vergi, mühasibat, insan resursları və gömrük xidmətlərini təqdim edir.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında və ya hesabatlarında əks etdirilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Nağd və nağdsız əməliyyatların düzgün həyata keçirilməsinə nəzarət edilməsi;
- Problemli əməliyyatların və əlaqəli risklərin müəyyən edilməsi, uyğunsuzluqların aradan qaldırılması;
- Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması;Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
- Debitor və Kreditorlarların hər ay izlənilməsi və növbəti ayda üzləşmə aktlarının tərtib olunmasıXərclərdə israfçılığın qarşısını almaq məqsədilə biznes proseslərində təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edilməsi;
- Əmək haqqının, məzuniyyətin, ezamiyyənin, xəstəlik vərəqəsinin hesablanması və ödənilməsi, gəlir və xərclərin idarə olunması;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
Namizədə tələblər:
- Ali təhsil (maliyyə ixtisası üzrə);
- Müvafiq sahədə ən azı 2 3 (üç) il peşəkar iş təcrübəsi;
- Azərbaycan və rus dilləri yüksək səviyyədə, rus ingilis dili biliyi böyük üstünlükdür;
- Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Komputer üzrə biliklər: 1C; MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Analitik təhlil, güclü kommunikasiya və təqdimat bacarığı.
İş şəraiti:
- Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək