Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Sahə mühəndisi (Bakı)
Vəzifə təlimatı:
- Layihələr üzrə lazımi sənədləşmənin aparılması;
- Sahədə tikinti-quraşdırma işləri planının, işçi çertyojlarının, işlərin aparılması, tikinti norma və qaydalarına, istehsalat planına və normativ sənədlərə uyğun olaraq işlərin yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Layihə ilə tanışlıq;
- Sahə rəisinin verdiyi tapşırıqları yerinə yetirmək;
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə-yetirilməsini təmin etmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
Namizədə tələblər:
- Aidiyyatı sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, Rus və İngilis dilləri arzuolunandır;
- Autocad vacibdir;
- Orgadata, Sketchup, Athena, Solidworks, Rhinoceros arzuolunandır;
- MS Office (Word, Excel, Power Point) bilikləri;
- Ali təhsil;
- Yüksək kommunikasiya bacarığı;
- Tikinti komandası ilə işləmə bacarığı.