ABV
Şirkət haqqında:
Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik.
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.
Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var.
Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.
Əlaqə vasitələri:
İşə qəbul üzrə mütəxəssis
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İşə qəbul prosesinin koordinasiyası və təşkili;
- Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarətin aparılması;
- Yeni işə qəbul texnikalarından istifadə edərək yüksək ixtisaslı kadrların cəlb olunmasının təmin edilməsi;
- Müsahibələrin keçirilməsi,uyğun namizədlərin seçilməsi və referansların alınması
- Ehtiyac olan kadrların headhunting olunması;
- CV incələmə və namizədlər bazasının yenilənməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- İşə qəbul sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Sərbəst rus dili və ya ingilis dili;
- MS Office proqramları üzrə təcrübə;
- Yüksək analitik və kommunikasiya bacarıqları;
- Obyektiv və təşəbbüskar yanaşma;
- Qərarvermə və strateji analiz bacarığı.
İş şəraiti:
- İş qrafiki 5 gün.
- Ünvan: Ziya Bünyadov prospekti 43