Garabag Resort & SPA

Şirkət haqqında:
Əlaqə vasitələri:
Qəbul və qeydiyyat üzrə menecer
Şöbə: Qəbul və qeydiyyat
Tabeçilik: Direktor
Əmək funksiyası tələbləri:
- Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması, Qəbul və qeydiyyat şöbəsinin bütün prinsiplərinə, proseduralarına, standartlarına və qonaqların tələblərinin həyata keçirilməsinin təmin edilməsi kimi fəaliyyətlərini idarə edir;
- Hotelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsinə, həyata keçirilməsinə və onların yenidən nəzərdən keçirilməsində iştirak edir;
- Qəbul və qeydiyyat şöbəsinin fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün əməkdaşları təlimatlandırır, iş rejimini təyin edir və onların fəaliyyətlərini idarə edir;
- Otaqların inventarını (avadanlıqları) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət edir və hotelin gəlirliyini yüksəltmək üşün təkliflər verir;
- İşlərin çox olduğu zaman hotelin iş fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsinə, ictimai əlaqələrin keyfiyyətli şəkildə həyata keçirilməsinə, təhsisedici tədbirlərin həyata keçirilməsinə və müştərilərin tələblərinin təmin edilməsi üçün onların şikayətlərinin dəyərləndirməsinə nəzarət edir;
- VİP qonaqların qarşılanmasını və onlara otaqlarına qədər müşayiət edilməsini təşkili edir;
- Qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinə nəzarət edir və qonaqlara hoteldə qaldıqları müddət ərzində xidmətini təklif edir.
- Garabag Resort and Spa Naftalan hotelin prinsiplərinə müvafiq olaraq qonaqlara onların hotelə gəldikləri andan hoteli tərk edəcəkləri müddətə qədər yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə əməliyyat şöbələri ilə sıx əməkdaşlıq edir;
- İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığını müəyyənləşdirir, təlim fəaliyyətini planlaşdırır və həmin heyətin administrativ idarənin iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edir;
- İllik büdcənin hazırlanmasında, təlimatların komplektləşdirilməsinə və büdcə çərçivəsində fəaliyyət göstərilməsinin idarə olunmasına nəzarət edir;
- Qəbul və qeydiyyat şöbəsinin əməkdaşlarına hotelin qonaqlarının tələblərinə və suallarına cavab vermələri üçün bütün fövqəladə hallar, otelin reklam fəaliyyəti, məhsul üzrə məlumatlar, VİP qonaqlar, qarşıda gələn tədbirlərini və işçilərə verilən təlimatları diqqət mərkəzində saxlayır;
- İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektini həyata keçirir;
- Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə sertifikatın olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi.
- Qonaqlar ilə peşəkar ünsiyyət qurma1 bacarığı;
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Opera proqramı üzrə biliklərin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili yüksək səviyyədə.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Könüllü tibbi sığorta təmin edilir (ailə üzvləri daxil).
- Əməkdaş yaşayış yeri ilə təmin edilir;
- İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.