Green Cleaning MMC

Şirkət haqqında:
2021 ci ilde yaradilmish ve temizlik sahesinde feaillyet gosterir
Əlaqə vasitələri:
Katibə / Assistent
Vəzifənin məqsədi
- Şirkətin fəaliyyətinin səmərəli təşkili üçün inzibati və koordinasiya işlərini həyata keçirmək, daxili və xarici kommunikasiyanı təmin etmək, gündəlik iş proseslərində dəstək göstərmək.
Əsas vəzifə öhdəlikləri:
- Action Plan hazırlanması - gündəlik və aylıq fəaliyyət planlarının tərtibi və icrasına nəzarət.
- Satış fayllarının idarə edilməsi – lazımi satış sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi.
- İşçi qrafiklərinin idarə olunması – işçilərin gün ərzində işə çağırılması, iş saatlarının uyğunlaşdırılması və izlənməsi.
- Rəhbərliyə dəstək – departament rəhbərinin müavininə iş bölgüsü, işçi sayı və digər proseslərdə köməklik göstərilməsi.
- Koordinasiya işləri –sənədlərin göndərilməsi, izlənməsi və müvafiq şöbələrlə əlaqələndirmə; sürücülərin iş bölgüsünə uyğun ərazilərə yönləndirilməsi, işçilərlə koordinasiyanın aparılması və malların düzgün çatdırılmasına nəzarət.
- Ofis daxili təşkilati işlər – su sifarişi, qaimələrin maliyyə şöbəsinə yönləndirilməsi və digər təsərrüfat işlərinin təşkili.
- Davamiyyətə nəzarət – işçilərin gündəlik iştirakının yoxlanılması və qeydə alınması.
- İclas və görüşlərin təşkili – rəhbərliyin tapşırıqlarının icrası, görüşlər üçün hazırlıq işlərinin görülməsi.
- Ünsiyyət kanallarının idarəsi – gələn zənglərin və elektron məktubların qəbul edilməsi, cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi.
- Təhvil-təslim prosesinin aparılması – sifariş öncəsi aktların tərtib olunması və nəzarətçilərə təqdim edilməsi.
Namizəd üçün tələblər:
- Ali təhsil (inzibati idarəetmə, menecment və ya oxşar sahələr üstünlükdür).
- Yaş həddi:25-40 (Xanım namizədlər)
- Minimum 2 il inzibati və ya ofis işlərində təcrübə.
- Azərbaycan dili səlis, rus dili yaxşı, ingilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti, məsuliyyətlilik, operativlik.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İş rejimi: B.e-C: 09:00-17:00, Şənbə: 09:00-14:00
- Azərbaycan Respublikası Ə.M-nə əsasən rəsmiləşmə.
- Şirkət daxilində karyera yüksəlişi və inkişaf imkanları.
- Əmək haqqı: müsahibə əsasında
- Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6c, Statistika komitəsinə yaxın. Köhnə Qorodok, (indiki Genatsvale) restoranı ilə üzbəüz.