Handex

Şirkət haqqında:
Handex – texniki, əsasən də Data sahəsi və aidiyyəti proqramlar üzrə təlimlər və xidmətlər həyata keçirən Məhdud Məsuliyyətli Cəmiyyətdir. Təşkil etdiyimiz təlimlərdə və peşə hazırlığında iştirak edən məzunlarımız qazandıqları bilik və bacarıqlar sayəsində həm yerli, həm də xarici şirkətlərdə iş ilə təmin olunub, beynəlxalq sertifikatlar əldə ediblər.
Hazırda Handex MMC ölkəmizin bir çox dövlət müəssisələri və tanınmış şirkətləri (Təhsil Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Tibb Universiteti, Azərbaycan Beynəxalq Bankı, Paşa Bank, Bravo, Unibank, AccessBank, Xalq Həyat, Veysəloğlu, Engin və s.) ilə korporativ formada əməkdaşlıq edir.
Məqsədimiz təlimlərin tədrisi və xidmətlərin göstərilməsində ən yüksək standartlara nail olmaqdır.
Əlaqə vasitələri:
SMM üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Handex-in sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, TikTok və s.) gündəlik idarə olunması;
- Ads Manager üzərindən reklam kampaniyalarının yaradılması, izlənilməsi və optimizasiyası;
- Aylıq reklam büdcəsinin təyin olunması və düzgün idarə edilməsi;
- Paylaşımların (post, video, reels) aylıq plana uyğun hazırlanması və vaxtında paylaşılması;
- Storylərin gündəlik aktiv saxlanılması, izləyicilərlə interaktiv fəaliyyətlərin təşkili (sorğular, suallar, quiz və s.);
- Sosial media trendlərinin izlənilməsi və tətbiqi;
- Aylıq sosial media hesabatlarının hazırlanması (reach, engagement, CTR, follower artımı və s.);
- Brend imicinin qorunması və inkişafı üçün yeni ideyaların təqdim olunması;
- Rəqib analizlərinin aparılması və strategiyaya uyğunlaşdırılması.
Bizim üçün əsas tələblər:
- Düzgün və ədalətli yanaşma;
- Öyrənməyə açıq və motivasiyalı olmaq;
- Digital marketing sahəsində biliklərini daim inkişaf etdirmək istəyi.
- Ən azı 1 il iş təcrübəsi (tədris yönümlü olmağı üstünlükdür)
Biz təklif edirik:
- Rəsmi iş;
- Gənc və peşəkar kollektiv;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: Razılaşma yolu ilə.