ADORE kompani

Şirkət haqqında:

Adore şirkətinin tarixi 1999-cu ildə Azərbaycanda parfümeriya və kosmetika məhsullarının distribütorluğu və pərakəndə satışı üzrə liderə çevrilmiş; özünə inam, orijinallıq və eksklüzivlik axtaran elit müştərilərin yeganə seçimi olan parfümeriya və kosmetika mağazaları şəbəkəsinin yaranması ilə başlayır.

2020-ci ildə bu sahənin ikinci böyük pərakəndəcisi olan Sabina mağazalar şəbəkəsi ilə birləşərək Azərbaycan bazarında parfümeriya və kosmetika məhsullarının pərakəndə ticarəti və distribütorluğu üzrə yeganə lider olan “ADORE KOMPANI” MMC yarandı. Hal-hazırda 7 ADORE mağazası, 6 SABİNA mağazası, 1 MAC mağazası və 1 NYX PROFESSIONAL MAKEUP mağazaları mövcüddür.

Müştərilərə keyfiyyətli xidmət göstərməkdə 20 ildən artıq təcrübəyə malik olan ADORE Perfumery & Cosmetics şəbəkəsi innovativ pərakəndə satış konsepsiyası, xidmət standartı və fərqli qonaqpərvərliyi ilə Azərbaycanda ətir və kosmetika alış-verişi üçün əvəzolunmaz ünvan olaraq seçilir. Azərbaycanda eksklüziv kosmetik və ətir məhsullarının satışı və distributorluğu üzrə nümayəndə olan ADORE 150-dən çox brendin məhsullarını ölkə bazarına təklif edir.

Bu brendlərə daxildir:

  1. Kosmetik məhsul brendləri - NYX PROFESSIONAL MAKEUP, MAC, Pupa, IsaDora, Bourjois;

  2. İnnovativ qulluq brendləri və üz-bədən baxımı - Shiseido, Sisley, Collistar, Caudalie; Cottage və Le Petit Olivier;

  3. Saça qulluq brendi - WELLA Professionals;

  4. Ətir brendləri - Chanel, Christian Dior, Guerlain, Givenchy, Versace, Trussardi, Lancome, Giorgio Armani, Narciso Rodriguez, Kilian, Xerjoff, The House of Oud, Roja Parfums, Fragrance World Tiziana Terenzi, Micallef, Liquides Imaginaires, Korloff, Lalique və s.

Əlaqə vasitələri:

Təlim və inkişaf şöbəsinin koordinatoru

Vəzifə öhdəlikləri: 

  • Təlim və inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi.
  • Pərakəndə satış sahəsində çalışan əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsi.
  • Təlim proqramlarının hazırlanması üçün brend menecerlər və pərakəndə satış şöbəsinin əməkdaşları ilə işgüzar görüşlərin və sessiyaların təşkili.
  • Xidmət və servis standartları, satış texnikası və yumşaq bacarıqlar (soft skills) üzrə təlim proqramlarının formalaşdırılması.
  • Təlim vasitələrinin və metodlarının seçilməsi, həmçinin pərakəndə satış sahəsində çalışan əməkdaşlar üçün inkişaf proqramlarının hazırlanması.
  • Təlimin keçirilməsi üçün lazım olan vasitələrin hazırlanması: paylama materialları, təlim üçün iş dəftərləri, təlim yeri və aksesuarlar.
  • Təlim prosesindən sonra mənimsənilən biliklərin qiymətləndirilməsi.
  • Ümumi təlim planına və cədvələ uyğun olaraq təlimlərin keçirilməsini təmin etmək.
  • Əməkdaşların attestasiyasının keçirilməsini təmin etmək.
  • Elektron təlim (e-learning), mobil təlim və digər rəqəmsal alətlər kimi müasir texnologiyaların və təlim metodlarının tətbiqi.
  • Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi.
  • Xarici təlimlərin təşkilinə dəstək, brendlərin xarici nümayəndələri ilə əlaqələrin qurulması.
  • Satış nöqtələrində xidmət standartlarına əməl olunmasına nəzarət, həmçinin müxtəlif departamentlərdən alınan rəylərin təhlili.
  • Təlim və inkişaf şöbəsinin büdcəsinin idarə olunması və istifadəsinə nəzarət.
  • Təlimlərin nəticələri üzrə hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil.
  • Təlim və İnkişaf sahəsində iş təcrübəsi (İR sahəsində iş təcrübəsi üstünlükdür).
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq.
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti.
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq. 
  • Səlis azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür.
  • MS Office proqramlarında peşəkar işləmək bacarığı.

İş şəraiti:

  • Rəqabətə davamlı əməkhaqqı.
  • Yüksək peşəkar komandada işləmək imkanı.
  • İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək.
  • Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap