North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Tərəzi operatoru (Müşfiqabad)
Vəzifə Öhdəlikləri:
- Tərəzi operatoru birbaşa baş anbardara tabedir;
- Tərəzi operatoru tərəziyə ümumi nəzarət edir;
- Tərəzi üzərinə çıxan yük maşınlarının düzgün formada yerləşməsinə nəzarət edir;
- Maşınların və yüklərin növünün, çəkisinin qeydiyyatının aparılması və sistemə daxil edilməsi işini aparmaq;
- Yekun nəticələrlə bağlı informasiyaları tabeliyində olan aidiyyatı şəxs\şəxsləri məlumatlandırmaq.
- Rəhbərlik tərəfindən daxil olan bütün sorğuları icra etmək.
Tələblər:
- Ali və ya orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Tərəzi operatoru (Müşfiqabad)” qeyd etməyiniz vacibdir.