Air Group

Şirkət haqqında:
2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.
Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.
Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.
Əlaqə vasitələri:
İT üzrə kiçik mütəxəssis/ Help desk
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 23-40;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Şəbəkə, İP telefoniya və server bilikləri;
- DVR və NVR sistem bilikləri;
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri texniki səviyyədə;
İş barədə məlumat:
- İstifadəçilərə texniki dəstək, yatanmış problemlərin araşdırılması və aradan qaldırılması;
- Ofis avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və bununıa bağlı yaranmış problemlərin aradan qaldırılması;
- Şirkətə məxsus avadanlıqıların fəaliyyətini təmin etmək;
- Müxtəlif əməliyyat sistemlərinin yüklənməsivə sazlanması;
- Elektron poçtun quraşdırılması və konfiqurasiyası;
- Yarana bilən nasazlıqların qarşısını almaq məqsədi ilə şəbəkə və kompüter avadanlığının işinin diaqnostika və monitorinqini aparmaq;
- Şirkətdə olan bütün texniki avadanlıqların, rabitə vasitələrinin, video nəzarət sisteminin quraşdırılmasını, sazlanmasınını aparmaq;
- Proqram təminatları arasında qarşılıqlı əlaqənin sazlanması;
- Proqram təminatlarının işləməsinin nəzarətdə saxlanması, lazımı monitorinq sazlamalarının aparılması;
- Şirkətdaxili proqramlarda yaranmış problemlərin aradan qaldırılması;
Əlavə məlumatlar:
- Əmək haqqı: 600 AZN
- İş qrafiki: 5 gün, 09:00 – 18:00, 13:00-14:00 nahar fasiləsi.
- Korporativ nömrə və danışıq balansı