Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Şirkət haqqında:
Tarixi yerlərin və binaların qorunması və səfər edilməsi.
Əlaqə vasitələri:
Energetika mühəndisi
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
- Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə iş qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
- Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin idarənin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- Elektrik avadanlıqlarının, transformatorların, kompressorların, paylayıcı qurğuların və digər enerji infrastrukturunun texniki vəziyyətinə nəzarət etmək;
- Quraşdırılmış enerji sistemlərinin düzgün istismarını təmin etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq;
- İstehsal avadanlıqlarında aşkarlanmış nasazlıqlar, qəza hallarına dair analizlər və qarşısının alınması tədbirlərini əhatə edən hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində icra etmək.
Vəzifəyə dair tələblər:
- Elektrik mühəndisliyi üzrə sahədə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 3-5 il);
- Kompüter bilikləri: MS Office, AutoCAD
- Tikinti üzrə normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
- Yüksək ünsiyyət qabiliyyəti və komandada işləmək bacarığı.