Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Şirkət haqqında:
Tarixi yerlərin və binaların qorunması və səfər edilməsi.
Əlaqə vasitələri:
Əməyin mühafizəsi üzrə mühəndis
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçi hüquqlarının qorunması;
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş verə biləcək iş qəzaları, xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- Peşə və vəzifələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması;
- İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi, nəzərdə tutulmuş müddətlərdə əməyin təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi və biliklərin yoxlanılması;
- Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət edilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi;
- İdarənin struktur bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;
- Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi;
- Baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
- Günün istənilən vaxtında heç bir maneə olmadan işlədiyi müəssisənin istehsalat, xidməti və məişət binalarına baxış keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq;
- İdarənin struktur bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktları üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək;
- Tikinti və bərpa sahələrində əməyin mühafizəsinə dair vəziyyətin monitorinqi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərindən irəli gələn sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə digər tədbirləri görmək.
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Vəzifəyə dair tələblər:
- Ali təhsil, əməyin mühafizəsinə dair müvafiq sertifikatlar;
- Əmək qanunvericiliyi və işçilərin hüquqları barədə müvafiq biliklər;
- Müvafiq sahə üzrə 3 (üç) il iş təcübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı
- Proqram təminatı bilikləri yüksək səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;