Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Şirkət haqqında:
Tarixi yerlərin və binaların qorunması və səfər edilməsi.
Əlaqə vasitələri:
Maliyyə mütəxəssisi
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Dövlət qurumlarına büdcə və investisiyalarla bağlı hesabatlarının hazırlanması:
- Dövlət qurumlarından daxil olan məktubların cavablandırılması;
- Daxili idarəetmə hesabatlarının hazırlanması;
- İnvestisiya proqnozlarının hazırlanmasına dəstək, məlumatların toplanması və analizi, müvafiq şöbələrlə koordinasiya edilməsi;
- İdarənin saxlanma və büdcədənkənar vəsaitlər üzrə büdcənin hazırlanmasında iştirak, digər şöbələrlə əlaqəli şəkildə məlumatlarının toplanması və işlənməsi;
- Maddi vəsaitlərin invertarizasiyası, hesab qalıqlarına nəzarət və mühasibat proqramında müvafiq müxabirləşmələrin verilməsi;
- Debitor və kreditor borclarının təhlili və hesabatların hazırlanması;
- Tikinti xərcləri üzrə sənədlərin (forma3, invoys, e-qaimə) yoxlanılması, təsdiqlənməsi, vəsaitlərin alınması üçün sifarişlərin hazırlanması və göndərilməsi;
- Sifarişlər əsasında daxil olmuş vəsaitlər üzrə xəzinədalıq və bank ödəniş sənədlərinin hazırlanması, təsdiqlənməsi və icra üçün göndərilməsi;
- MHBS standartlarına uyğun olaraq maliyyə hesabatların tərtibinə dəstək, xərclərin təyinatı üzrə düzgün bölüşdürülməsi;
- Maliyyə göstəricilərinin analizi və rəhbərliyə təqdimatların hazırlanması;
- Büdcənin icrası barədə rüblük və illik hesabatların hazırlanması və maliyyə rəhbərinə təqdim edilməsi;
- Vergi bəyannamələrinin və mühasibat uçotunun düzgünlüyünə nəzarət;
- Maliyyə rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Vəzifəyə dair tələblər:
- Ali iqtisadi/maliyyə təhsili.
- Minimum 3 il maliyyə üzrə iş təcrübəsi (audit və ya konsaltinq təcrübəsi üstünlükdür);
- Beynəlxalq maliyyə standartları (MHBS) üzrə biliklər;
- Dövlət büdcəsi üzrə xərclərin aparılması, büdcə hesabatlılığı sahəsində təcrübə
- ACCA F3 və F7 vacibdir və digər beynəlxalq sertifikatlar üstünlükdür
- Güclü analitik düşüncə, məsuliyyət, komandada işləmək bacarığı, təşəbbüskarlıq və gərgin iş rejimində işləmək bacarığı;
- MS Office (Excel-Əla səviyyə)
- 1C – 8.3 proqramı üzrə təcrübə