Caspian Innovation Center

Şirkət haqqında:
Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin yaradılmasında məqsəd ölkəmizdə və ölkədən kənar regionlarda dünyada gedən rəqəmsal transformasiya prosesini uğurla həyata keçirərək iqtisadiyyatımızın inkişafına töhfə verməkdir. İnnovativ həll yolları vasitəsilə rəqəmsal transformasiya prosesini şirkətlərdə sürətləndirmək və onların dünya bazarında müasir tələblərə cavab verən və rəqabətə davamlı şəkildə fəaliyyət göstərməsini təmin etmək əsas vəzifələrimizdəndir.
Şirkətimizin əsas fəaliyyət istiqamətləri biznesin transformasiyası sahəsində yol xəritələrini təyin edərək müxtəlif növ proqram təminatlarının tətbiq olunması, mövcud və yeni tətbiq olunmuş proqram təminatlarına texniki dəstəyin göstərilməsi, Biznes Resursların Planlaşdırılması platformalarının SAP üzərində qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi, İT infrastrukturlarının qurulması və dəstək xidmətinin göstərilməsi kimi əsas istiqamətlərdən ibarətdir.
Əlaqə vasitələri:
IT İdarəetmə və Risk üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Mütəxəssisin əsas məqsədi mərkəzi IT idarəetmə çərçivəsinə uyğun olaraq proseslərin və nəzarət tədbirlərinin tətbiqinə dəstək göstərmək, uyğunluq fəaliyyətlərinin icrasında iştirak etmək və şöbənin gündəlik fəaliyyətinə əməli kömək etməkdir.
Vəzifə öhdəlikləri:
- IT idarəetmə çərçivəsi üzrə müəyyən edilmiş proseslərin tətbiqində iştirak.
- Proses diaqramlarının hazırlanması və yenilənməsində dəstək göstərilməsi.
- IT nəzarət tədbirlərinə dair məlumatların toplanması və ilkin təhlili.
- KPI-ların izlənməsində və hesabatların hazırlanmasında iştirak.
- IT uyğunluq fəaliyyət planlarının icrasına əməli dəstək.
- IT risklərin idarə edilməsi üzrə ikinci müdafiə xəttində fəaliyyət.
- Maarifləndirmə və təlim tədbirlərinin hazırlanmasında iştirak.
- Digər bölmələrlə koordinasiya və məlumat mübadiləsində dəstək göstərilməsi.
- Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.
- Peşəkar inkişaf çərçivəsində beynəlxalq sertifikasiyaların (ISO 27001 Foundation/Implementer, ITIL Foundation, COBIT Foundation, CompTIA Security+ və s.) öyrənilməsi və əldə olunmasına yönəlik aktiv iştirak.
Bilik və bacarıqlar:
- Ali təhsil (IT, risk idarəetməsi, hüquq, idarəetmə və ya əlaqəli sahələr üzrə).
- Minimum 1–3 illik iş təcrübəsi (İT risk, idarəetmə və uyğunluq sahəsində üstünlükdür).
- ISO 27001, ISO 27005, COBIT və ITIL V4 üzrə baza bilikləri.
- Sahə üzrə beynəlxalq sertifikasiyalardan ilkin səviyyədə (ISO 27001 Foundation/Implementer, ITIL Foundation, COBIT Foundation, Security+ və s.) sahib olmaq və ya onları əldə etmək üçün aktiv hazırlıqda olmaq.
- Analitik düşüncə və hesabat hazırlama bacarığı.
- Azərbaycan dilində mükəmməl, İngilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı, Rus dilində orta səviyyədə ünsiyyət bacarığı (arzuolunandır).
Biz nə təklif edirik:
- İş qarfiki 5/2, 09.00-18.00
- Nahar xərcinin ödənişi
- İllik performans və layihə bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
- “Learning Hub” platformalarından istifadə imkanı