AFFA

Şirkət haqqında:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır.
Əlaqə vasitələri:
Komplayens və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsinin Mütəxəssisi /Hüquqşünası
Vəzifənin məqsədi:
Komplayens və danışılmış oyunlara qarşı mübarizə çərçivəsində AFFA-nın daxili qayda və prosedurlarına, beynəlxalq təşkilatların (UEFA, FIFA və s.) normativ sənədlərinə uyğunluğun təmin olunması, həmçinin şübhəli oyun fəaliyyətlərinin monitorinqi, analizi və hesabatlandırılmasında iştirak.
Namizədə tələblər:
- Şübhəli oyun halları ilə bağlı məlumatların toplanması, ilkin təhlili və struktur daxilində ötürülməsi
- Oyunların texniki statistik göstəricilərinin (gözlənilməz nəticə, kartlar, penaltilər və s.) izlənməsi və analiz edilməsi
- Mərc bazarlarında baş verən dəyişikliklər və qeyri-adi patternlər üzrə təhlil və daxili hesabatların hazırlanması
- UEFA, FIFA və digər beynəlxalq qurumlardan daxil olan manipulyasiya halları ilə bağlı məlumatların işlənməsi və təqdimata hazırlanması
- Daxili etik qaydaların və komplayens prosedurlarının tətbiqi ilə bağlı dəstək göstərilməsi
- Risklərin müəyyən olunması və onlara qarşı preventiv tədbirlərin təşkili prosesində iştirak
- Maarifləndirmə və təlim tədbirlərinin hazırlanmasında və icrasında iştirak
- Klub nümayəndələri, regional strukturlar və digər tərəfdaşlarla koordinasiyalı fəaliyyətin təmin edilməsi
- Struktur rəhbərinin göstərişləri əsasında aidiyyəti hesabatların, təqdimatların və sənədlərin hazırlanması
Tələb olunan bacarıqlar:
- Ali təhsil -hüquq sahəsi üzrə (idman hüququ sahəsində magistr dərəcəsi olanlara üstünlük veriləcək)
- Futbol, data analizi, mərc sahəsində, hüquq və ya komplayens sahəsində minimum 1 il təcrübə (üstünlükdür)
- Futbol oyununun qaydaları, turnir strukturları və texniki detallar haqqında ümumi anlayış
- Mərc bazarlarının əsas prinsipləri, koeffisent dəyişiklikləri və risk indikatorları haqqında məlumatlılıq
- Analitik düşüncə və təhlil aparmaq bacarığı
- Microsoft Excel və digər analitik alətlərlə (SQL və s.)işləmək bacarığı
- Yazılı və şifahi ünsiyyət bacarığı
- Azərbaycan və İngilis dillərində sərbəst oxuma, danışma, dinləmə və yazma qabiliyyəti
- Məsuliyyətli, diqqətli, etibarlı və konfidensiallıq prinsiplərinə sadiq
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: razılaşma əsasında
- Ünvan: 8 Noyabr pr. 163, AFFA