Vision Academy

Şirkət haqqında:
Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
Əlaqə vasitələri:
Təlim və Tədris üzrə Menecer
İşin təsviri:
- Müəllimlərin işə qəbulundan onların peşəkar inkişafına qədər bütün prosesə rəhbərlik etmək.
- Müntəzəm olaraq dərslərin monitorinqini (müşahidəsini) həyata keçirmək, konstruktiv geri dönüşlər edib tədrisin keyfiyyətini daim yüksəltmək.
- Müəllimləri peşəkar inkişafa təşviq edən müntəzəm pedaqoji müzakirələr, seminarlar və treninqlər təşkil etmək.
- Müəllimlərin şirkətin təlimat və prosedurlarına əməl etmələrinə nəzarət edəcək və fəaliyyət nəticələrini əks etdirən həftəlik hesabatlar təqdim etmək.
- Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni proqramların hazırlanmasında aktiv iştirak etmək.
- Tələbələrdən alınan geri dönüşləri təhlil edərək psixopedoqoji nəticələr çıxarmaq və tədris metodlarında davamlı yaxşılaşmanı təmin etmək.
- Tələbələrin bilik səviyyəsini qiymətləndirmək üçün testlərin, sınaq imtahanlarının hazırlanması və təşkili prosesinə nəzarət etmək.
- Bazarda rəqabət üstünlüyü yaratmaq üçün mövcud tədrisin təkmilləşdirilməsində və tamamilə yeni kursların yaradılmasında iştirak etmək.
- Rəqiblərin təkliflərini, metodologiyalarını və qiymət strategiyalarını öyrənən bazar araşdırmaları prosesində iştirak etmək.
- Marketinq komandası üçün kreativ kontent yaradılmasının əsasını təşkil edəcək dəqiq və informativ "xidmət brifləri" (texniki tapşırıqlar) hazırlamaq.
- Satış komandası ilə sıx əməkdaşlıq edərək tədrisin dəyəri və unikallığı haqqında düzgün məlumatlandırmanı təmin etmək.
- Müəllimlərə ödəniş sisteminin əsasını təşkil edən hər tələbəyə görə düşən tariflərin və ya qiymətləndirmə meyarlarının müəyyən edilməsində iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil, xarici ölkələrdə təhsil almış olması üstünlükdür.
- İngilis dili bilik səviyyəsi yüksək olmalı.
- Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL, IELTS, CELTA və s).
- Təhsil kurslarında minimum 3 il iş təcrübəsi.
- Təhsil sahəsində mövcud tendensiyalar və inkişafları bilməli.
- Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə.
- Yaradıcı düşünmə qabiliyyəti.
- Yüksək səviyyədə təşkilatçılıq bacarıqları.
- Vaxt idarəetmə bacarıqları.
- Güclü analitik və problem həll etmə bacarıqları.
- Güclü nəzarət və liderlik bacarıqları.
İş qrafiki:
- 6 günlük iş qrafiki.
- Əmək haqqı: 1200-1500 AZN (Sabit)+ Satışdan 2 %
- ARƏM uyğun işə qəbul.
- İş saatı: 09:00-18:00.
İş yeri: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A