Caspian Equipment Company

Şirkət haqqında:
Şirkət 2019 ildə fəaliyyətə başlamış olub əsas funksiyası avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışını həyata keçirməkdir.
Əlaqə vasitələri:
Korporativ satış mütəxəssisi
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satış sahəsində minumum 1 il təcrübə;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
- Azərbaycan dili biliyi əla səviyyədə, ingilis və ya rus dili biliyi;
- 1C-də işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Müvafiq sistemə satış ilə bağlı məlumatların daxil edilməsi;
- Sərfiyyat mallarının satışının həyata keçirilməsi;
- Satışdan əldə olunmuş vəsaitin şirkətə qaytarılması və qalıq malların anbara təhvil verilməsi;
- Şirkətin satış həcminin artırılması yönündə tədbirlərin görülməsi, rəhbərliyə təkliflərin verilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, müştəri məmnuniyyətinin və loyallığın qorunub saxlanılması;
- İş fəaliyyəti ilə əlaqədar rəhbərliyin verdiyi digər tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi;
- Ödənişi gecikdirən müştərilər ilə danışıqların aparılması, zərurət olduqda rəsmi tədbirlərin görülməsi üçün müraciətin olunması;
- Anbarın izlənilməsi, anbara malın sifarişi ilə bağlı təkliflərin verilməsi;
- İş fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Yeni məhsulların müştərilərə təqdim olunması;
- Məhsullar haqqında şikayətlərin və sorğuların cavablandırılması, aidiyyəti şəxslərə yönləndirilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
- Karyera inkişafı imkanları və mehriban kollektiv.