Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:

Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.

Əlaqə vasitələri:

Böyük mütəxəssis

Struktur bölmənin adı: Rezolyusiya departamenti / Problemli maliyyə institutları ilə iş şöbəsi

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Ləğvedicilərinin (ləğvetmə komissiyalarının və əmlak inzibatçılarının) fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində ləğv prosesində olan maliyyə institututu barədə ləğvedicinin fəaliyyəti barəsində məlumatları əldə edir və təhlil edir, təhlil və qiymətləndirmə nəticələri əsasında ləğvedicinin fəaliyyətinin yoxlanması, eləcə də onun cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi olan yazılı göstərişlər verilməsi ilə bağlı təkliflər (Ləğvedicinin fəaliyyət effektivliyinin artırılması ilə bağlı təkliflər də daxil olmaqla) hazırlayaraq rəhbərliyə təqdim edir, ləğvedicinin qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə, eləcə də Mərkəzi Banka daxil olan və şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxır;
  • Şöbənin fəaliyyət istiqamətləri ilə bağlı bütün məhkəmə instansiyalarında Mərkəzi Bankı təmsil edir, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlayır;
  • Şöbənin əməliyyat, inkişaf planları və büdcə layihələrinin tərtib edilməsini, təsdiqə təqdim edilməsini və fəaliyyət istiqamətləri üzrə icrasında iştirak edir;
  • Problemli maliyyə institutları ilə işin təşkilində iştirak edir;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində metodoloji proses layihələrini, eləcədə normayaratma layihələrini hazırlayıb şöbə rəisinə təkliflər verir;
  • Problemli bankların və digər maliyyə institiutlarının qanunvericilikdə nəzərdə tutulmuş sağlamlaşdırılması və rezolyusiya tədbirlərinin həyata keçirilməsi məsələlərinə dəstək verir;
  • Maliyyə institutlarının maliyyə vəziyyətinin dövri monitorinqini həyata keçirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, onların risklərini qiymətləndirir, nəticəsi üzrə zəruri hesabatlar və təkliflər hazırlayır;
  • Rezolyusiya sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə rezolyusiya təşkili üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;

Texniki kompetensiyalar:

  • Rezolyusiya, sağlamlaşdırma, ləğvetmə sahəsində qanunvericilik bilikləri– yüksək səviyyədə
  • Bank, sığorta və qiymətli kağızlar bazarları sahəsində maliyyə, mühasibat, nəzarət üzrə qanunvericilik bilikləri – yüksək səviyyədə
  • Təqdimat və yazı bacarığı– orta səviyyədə
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər– yüksək səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Tələblər:

  • Təcrübə: Minimum 3 il maliyyə sabitliyi, risklərin qiymətləndirilməsi, nəzarət və ya müvafiq analitik sahələrdə iş təcrübəsi;
  • Təhsil: Maliyyə/hüquq/bank/sığorta/ istiqamətləri üzrə ali təhsil
  • Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları:

  • MS Office proqramları, xüsusilə MS Excel (yaxşı səviyyədə)
  • İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarıqları arzuolunandır

Sertifikatlar: Maliyyə, mühasibat, audit, risklərin qiymətləndirilməsi, nəzarət və ya analitik sahələrində peşəkar sertifikatlar arzuolunandır

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap