First Academy
Şirkət haqqında:
3 ildən çoxdur ki, fəaliyyət göstərən və ilk rəsmi ofisi Torontada yerləşən First Academy Xaricdə Təhsil mərkəzi öz peşəkar komandası ilə gənclərin xaricdə təhsil arzusunu reallaşdırır. Belə ki, mərkəzimiz fəaliyyətə başladığı vaxtdan etibarən, müraciətçilər üçün xaricdə prestijli təhsil müəssisələri ilə danışıqlar aparmış, qəbullar alınmış, müxtəlif universitet və kolleclərlə əməkdaşlıqlar qurulmuş və bir çox təqaüd proqramlarına müraciətimiz uğurla nəticələnmişdir.
First Academy olaraq, əsas prioritetimiz tələbələrin xaricdə ödənişsiz təhsil almasına nail olmaqdır. Bu istiqamətdə isə ən önəmli faktor ingilis dili biliyi hesab olunur. Məhz bunun üçün komandamıza aşağıda qeyd olunmuş kriteriyalara uyğun olan namizədləri axtarırıq.
Qeyd etmək lazımdır ki, First Academy öz müəllim heyətini sahə üzrə təcrübə məqsədilə xaricdə təlim və tədris proqramlarına göndərir.
Əlaqə vasitələri:
Ausbildung Mütəxəssisi
First Academy komandamıza Ausbildung (Almaniyada peşə təhsili) sahəsində təcrübəli mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- Ausbildung proqramları üzrə müraciətlərin qəbulu və idarə olunması;
- Sənədlərin hazırlanması və prosesin tam izlənilməsi;
- Almaniya üzrə proqramlar haqqında ətraflı məlumatlandırma.
Tələblər:
- Təcrübə şərtdir: Bu sahə üzrə mütləq iş təcrübəsi;
- Nəticə yönümlülük: Öncədən Ausbildung üzrə uğurlu qəbulları olmalıdır;
- Dil biliyi: Alman dili biliyi (arzuolunandır);
- Ünsiyyət, təqdimat və komandada işləmə bacarığı;
- Stressə davamlılıq və məsuliyyətlilik.
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi;
- Artan əmək haqqı sistemi;
- Yüksək bonus imkanları (hər qəbuldan əlavə bonus);
- Stabil aylıq gəlir + performansa əsaslanan qazanc;
- Peşəkar və dinamik iş mühiti.
Ünvan: Sahil metro stansiyası, Sahil Biznes Mərkəzi, 4-cü mərtəbə
Əlaqə: +99451 898 89 89
Instagram: @firstacademy.az






















