ATS Food
Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə aparıcı mütəxəssis
İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəliyi:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
- Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;
- Məzuniyyətlərin, bülletenlərin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
- Aylıq müvafiq hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
- Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
- Əmək haqqı kartlarının sifariş edilməsi;
Tələblər:
- Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə),
- Uyğun sahə üzrə ən azı 3 il təcrübə,
- İnsan Resursları sahəsində sertifikatlar arzuolunandır,
- Azərbaycan dili (əla) və İngilis dili (Orta),
- Microsoft Office proqramları üzrə biliklər (Yüksək səviyyədə excel biliyi).
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur
Üstünlüklərimiz:
- Nahar təminatı
- Könüllü tibbi sığorta
- Telefon danışıq limiti






















