North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
KT/KN İnspektor (Xocavənd)
Vəzifə Öhdəlikləri
- Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi.
- Keyfiyyət performansının monitorinqi və təhlili.
- Keyfiyyət spesifikasiyalarının yerinə yetirilməsini təmin etmək üçün materiallar, avadanlıqlar və proseslərə nəzarət.
- Tikinti-quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir.
- Beton, asfalt və qrunt işlərinin istehsal və tətbiq prosesinin təmin edilməsi, monitorinqi və nəzarəti.
- Təsdiq olunmuş sement-beton, asfalt qarışığı və qrunt qatlarının tələblərinə uyğun olaraq istehsal sahələrinə və tətbiq prosesinə nəzarət.
- İşin keyfiyyətinin pisləşmə səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi.
- Tikinti sahəsində ümumi yoxlama zamanı kritik qərarların normativ standartlar çərçivəsində dəyərləndirilməsi.
- İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır.
- Beton, asfalt və qrunt işləri üzrə aşkarlanmış uyğunsuzluqların reyestrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir.
- İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları layihə üzrə məsul şəxslərə bildirir.
- Materialların saxlanması ilə bağlı göstərişlərin və tövsiyələrin verilməsi.
- Təşkilatın SƏTƏM prosedurlarına riayət edilməsi.
- Təşkilatın KT/KN prosedurlarına riayət edilməsi.
- Layihə üzrə Keyfiyyətin İdarəedilməsi Planına töhfələrin verilməsi və riayət edilməsi.
- Tikinti, istehsalat sahəsində, sahə laboratoriyasında və ya sahə ofisində çalışmaq.
Tələblər
- Ali mühəndislik təhsili.
- Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə 2 illik təcrübə.
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini.
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
- Problemləri effektiv şəkildə həll etmək;
- Daxili əmək intizamı qaydalarını;
- Ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
- Analitik və problem həll etmə bacarığı.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Yollarda KT/KN inspetoru (Xocavənd)” başlığı ilə göndərməklə edə bilərsiniz.


















