North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Texniki ofis mühəndisi (Xocavənd)
Vəzifə öhdəlikləri:
- Texniki ofis mühəndisi birbaşa Layihə rəhbərinə tabedir;
- Şöbə üzrə aylıq gördüyü işlərə görə Layihə rəhbərinə hesabat vermək;
- RİF hazırlanması, izlənmə və arxivləşdirməsi;
- Layihənin sənədlərinin tam təmin olunduğuna əmin olmaq üçün nəzarət etmək;
- Layihə paketini ətraflı şəkildə yoxlayır (sənədləri, təsvirləri və spesifikasiyaları, həcmlə bağlı bəyannamələri və s.);
- Sifarişçi və 3-cü tərəflərlə şirkət arasında olan məktubların və aktların hazırlanması;
- Yazışmaların aparılması və sistemləşdirilməsi;
- Sahəyə daşınan materialların hesabatının aparılması,tərəzidən gələn qəbzlər arasında yoxlanılması;
- Elektron və kağız arxivlərinin aparılması;
- Hesablama zamanı buraxılan məlumatların tapılaraq hesabat verilməsi;
- Çizimlərə və texniki xüsusiyyətlərə görə qiymət cədvəllərinin hazırlanması və yoxlanması;
- Layihənin həcminə görə iş gücünü tələbini və ümumi əmək saatı (Man-Hours) ( 1 saata düşən iş yükü) və Çıxış miqdarını hesablamaq;
- Sahə və layihə menecerləri, memarlar, texniki ofis və sahə mühəndisləri kimi digər inşaat işçiləri ilə əlaqə saxlamaq;
- Tikinti sahələrinə səfərlər etmək;
- Gələcək Layihələrdə səmərəliliyin artırılması məqsədilə verilənlər bazasının yaradılması və yenilənməsi;
- Riyazi və praktiki yanaşma yolu ilə texniki problemləri həll etmək;
- Tamamlanmış işləri təhlil etmək;
- Layihəlerlə bağlı məlumatları üçüncü tərflərlə paylaşmamaq;
- Layihə Meneceri və İdarə heyətinin sədri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Excel bilikləri: mürəkkəb funksiyaların istifadəsi (VLOOKUP, HLOOKUP, Pivot Table, IF/ELSE, SUMIF, və s.)
- Müqavilələrinin, texniki təkliflərin hazırlanması və qiymətləndirilməsi üçün lazım olan biliklər
- Müvafiq texniki sahədə ali təhsil (Mühəndis)
Namizədlərdən CV-ni "Texniki ofis mühəndisi (Xocavənd)” mövzusu ilə [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərməyi xahiş olunur.


















