A+Co ASC
Şirkət haqqında:
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.
İstifadə olunan texnologiyalar:
Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.
İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.
Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.
“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.
Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.
Əlaqə vasitələri:
Aqronom (Saatlı rayonu)
“A+CO” ASC “Aqronom” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;
- Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
- Becərmə və biçim müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
- Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
- Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək;
- Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
- Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
- İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət etmək;
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil etmək, müvafiq tapşırıqlar vermək və hesabatlılığını təmin etmək;
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqini aparmaq;
- Mineral, üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsi və sahələrin təmin edilməsi ilə bağlı işləri planlayıb təşkil etmək;
- İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak etmək;
- Əkin sahələrində çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil etmək, onların problemləri, təklifləri ilə maraqlanmaq və aidiyyəti şöbələr üzrə məlumatların verilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (Aqrar sahəsi üzrə);
- Aqronom vəzifəsində ən azı 5 illik iş təcrübəsi;
- Dənli bitkilərin becərilməsi ilə bağlı iş təcrübəsi;
- MC Office proqramından istifadə bacarığı;
- Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə.
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.





















