AEM Elektron
Şirkət haqqında:
«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.
Çoxsaylı mağazalar şəbəkəsinə sahib olan «AEM ELEKTRON» MMC rəsmi distribüteri və dileri olduğu məhsulların satışı ilə yanaşı, həmçinin özünün peşəkar mütəxəssislər komandası ilə videonəzarət və müasir təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini də uğurla həyata keçirir. Quraşdırma işləri razılaşdırılmış layihə sənədlərinə uyğun və minimal xərclərlə yerinə yetirilir.
Müqavilə və zəmanət öhdəliklərinə ciddi şəkildə əməl edilməsi, məhsulların, işin (xidmətin) vaxtında, qüsursuz və keyfiyyətli şəkildə təhvil verilməsi müştəri dəyərlərinə böyük önəm verən «AEM ELEKTRON» MMC-nin əsas korporativ prinsiplərindəndir.
Əlaqə vasitələri:
Satış Müdiri
Vəzifə öhdəlikləri
- Şirkətin IT məhsul və xidmətlərinin korporativ və fərdi müştərilərə təqdim edilməsi və satışı;
- Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazası ilə münasibətlərin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müqavilələrin bağlanması və satış prosesinin sonadək idarə olunması;
- Satış planlarının yerinə yetirilməsi və nəticələrin müntəzəm hesabatının hazırlanması;
- Tender və korporativ satınalma proseslərində iştirak.
Namizədə tələblər
- Ali təhsil (İqtisadiyyat, Marketinq, Biznesin idarə edilməsi və ya İT sahəsi üstünlükdür);
- Satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
- IT məhsulları və texnologiyaları haqqında ümumi biliklər;
- Korporativ satış təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;
- Nəticəyönümlülük və məsuliyyətlilik.
Şəxsi keyfiyyətlər
- Aktiv və təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştəriyönümlü yanaşma;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Vaxtın effektiv idarə olunması.
Şirkət təklif edir
- Rəqabətli əməkhaqqı;
- Satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ təlimlər və sertifikatlaşma proqramlarında iştirak;
- Rahat və müasir iş mühiti.



















AEM Elektron