Layihəçi Mühəndis (Energetika sahəsi)
Şirkətimiz komandamıza qoşulmaq üçün məsuliyyətli və peşəkar Layihəçi Mühəndis axtarır.
Şərtlər:
- Ünvan: Bakı şəhəri, Vaqif pr.3
- İş qrafiki: 5 gün 09:00-18:00
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Elektrik şəbəkələri və energetika obyektləri üzrə layihələrin hazırlanması;
- Layihələrin ArcGIS və AutoCAD proqramlarında işlənməsi;
- Layihə sənədlərinin hazırlanması və yenilənməsi;
- Layihələr üzrə material və avadanlıq spesifikasiyalarının (material çıxarışlarının) hazırlanması;
- Texniki norma və standartlara uyğun layihələndirmənin həyata keçirilməsi;
Tələblər:
- Ali təhsil (Energetika, Elektroenergetika və ya əlaqəli ixtisaslar üzrə);
- Layihələndirmə sahəsində minimum 1+ il iş təcrübəsi;
- ArcGIS proqramında işləmək bacarığı;
- AutoCAD proqramında işləmə bacarığı ;
- Elektrik şəbəkələri və enerji təchizatı sistemləri üzrə biliklər;
- Analitik düşüncə və komanda ilə işləmə bacarığı.
Təklif edirik:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Stabil və perspektivli iş mühiti;


























AzCİS