Antaris
Şirkət haqqında:
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam istehsalı, poliqrafiya xidmətləri, və promosyon məhsulları daxildir. Digər fəaliyyət növü isə fərdi vətəndaşalr üçün – məktəb və yaradıcılıq ləvazimatlarının topdan və pərakəndə satışıdır.
Şirkət 16 ildən artıq fəaliyyət göstərir. Çalışdığımız eksklüziv və distribütor olduğumuz markalar – İP Svetocopy, Uni-Ball, Trodat, Griffon, Mondo, Forpus, Faber-Castell, YES, Gipta, MAS, Noki, Nestle, Jacobs, Mars, Lavazza, Selpak, SUN, Airwick, Johnson&Johnson, P&G, Lavazza və s.
Əlaqə vasitələri:
Satış məsləhətçisi
İş barədə məlumat:
- Məhsullar barədə biliklər əldə etmək və satışını həyata keçirtmək
- Müştərilərlə düzgün ünsiyyətin qurulması,məhsullar barədə müştərilərə dolğun məlumatın verilməsi
- Müştəri tələblərini əsas tutaraq satışın stimullaşdırılmasının həyata keçirilməsi
- Rəflərdəki məhsulların düzgün və səliqəli şəkildə yerləşdirilməsi
Namizədə tələblər:
- Yaş: 18-30
- Dil bilikləri: Azərbaycan dilini əla, (rus dilini biliyi - üstünlükdür)
- Səlis nitq və düzgün təqdimat bacarığı olmalı
- Xoş və səliqəli görünüşə sahib olmalı
- Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
- Öyrənmək qabiliyyəti, analitik düşünmə, cəld qərar vermək və fəallıq;
- Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
İş şəraiti:
- İş günlərinin sayı 6 gün;
- İstirahət günü həftədə 1 gün;
- Əmək haqqı 500 AZN + satışdan bonus;
- Ünvan: Səbail rayonu, Nigar Rəfibəyli 16 (Mərkəzi Univermağın yanı)
- Sənədləşdirmə qanunvericiliyə uyğun şəkildə aparılır;
- İş prosesi üçün əhəmiyyətli olan təlimlər təmin olunacaq;
- Karyera yüksəlişi imkanı mövcuddur.
+994 51 277 11 10 nömrəsinin WhatsApp-ına göndərsinlə

























