Biopet.shop
Şirkət haqqında:
Biopet.shop Azərbaycanda ev heyvanları üçün ən böyük internet-portaldır.
Layihəmiz Azərbaycanda ev heyvanlarını sevənlər üçün yalnız onlayn alış-veriş etmək və maraqlandığınız mövzular haqqında vacib məlumatlar əldə etmək üçün deyil, habelə xoş vaxt keçirmə, gələcəkdə isə ünsiyyət qurma və interaktivlik üçün etibarlı bir mənbə yaratmaq istəyinə əsaslanır.
Əlaqə vasitələri:
Satış və əməliyyat üzrə rəhbər
Rol Haqqında
- Biopet Shop Azərbaycanda fəaliyyət göstərən, ev heyvanları üçün məhsul satışı bazarında sürətlə böyüyən pərakəndə və e-commerce şirkətidir.
- Satış və əməliyyatlar üzrə rəhbər rolu şirkətin bütün satış əməliyyatlarına, kommersiya performansına, kateqoriya idarəçiliyinə və operativ proseslərə (çatdırılma, anbar, təchizat, audit) cavabdeh olacaq. Axtardığımız namizəd pərakəndə satış sistemlərini dərindən bilən, kommersiya göstəricilərini (gəlirlilik, marja, markup və s.) analiz edə bilən və öz komandasını nəticəyə yönəldə bilən güclü liderdir.
Əsas Öhdəliklər
- 10+ filialın satış əməliyyatlarına rəhbərlik, satış hədəflərinin filiallar üzrə bölüşdürülməsi və icrasına nəzarət
- Filial, brend, kateqoriya və məhsul səviyyəsində gəlirlilik analizi, marja və qiymət strategiyasının idarə edilməsi
- Kateqoriya strategiyasının formalaşdırılması - çeşid qərarları, stok dönmə, yeni kateqoriya əlavələri
- Aylıq kommersiya hesabatları (revenue, gross margin, basket size, conversion, like-for-like) və rəqib analizinin aparılması
- Performans qiymətləndirmə, KPI və bonus sisteminin idarə edilməsi
- Satış proseslərinin standartlaşdırılması - müştəri xidməti protokolları, upsell/cross-sell, müştəri xidmətləri komandasının nəzarəti
- Filiallarda merçendayzinq standartlarının, planoqramların və audit prosesinin idarə edilməsi
- Yeni filial açılışları və mövsümi kampaniyalar üçün merçendayzinq planlaması
- Çatdırılma, anbar və təchizat komandalarının koordinasiyası
- Stok dəqiqliyi, çatdırılma performansı və əməliyyat xərclərinin optimallaşdırılması
- Yeni filial açılış proseslərinin koordinasiyası
Tələblər
Mütləq:
- Minimum 4-5 il pərakəndə satış idarəçiliyi təcrübəsi (multi-store/multi-branch mühitdə)
- Kommersiya analitikası təcrübəsi - marja, markup, gəlirlilik analizi, pricing strategiyası
- Kateqoriya management təcrübəsi və ya güclü anlayışı
- Merçendayzinq prinsiplərini bilmək və tətbiq etmək bacarığı
- Satış targetləri qoymaq, KPI sistemi qurmaq və performans idarəetmə təcrübəsi
- Supply chain / təchizat prosesləri haqqında bilik
- Komanda idarəçiliyi təcrübəsi (minimum 10+ nəfərlik komanda)
- Data-driven düşüncə (Excel/Google Sheets-də güclü analitik bacarıqlar)
Üstünlük:
- Pet industry, FMCG və ya specialty retail sektorunda təcrübə
- E-commerce satış kanalı ilə tanışlıq
- 1C, ERP və ya POS sistemləri ilə iş təcrübəsi
- İngilis və Rus dililərindən birini peşəkar bilmək
Biz Nə Təklif Edirik
- Şirkətin bütün satış və əməliyyat istiqamətlərinə rəhbərlik etmək imkanı
- Sürətlə böyüyən şirkətdə karyera inkişafı perspektivi
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Dinamik, çevik və nəticəyə fokuslanmış iş mühiti
- Korporativ nömrə və danışıq balansı






















