Foodcity Agropark
Şirkət haqqında:
Food City Aqrokompleks beynəlxalq ticarətin həyata keçirildiyi çoxfunksiyalı logistik mərkəzdir. Kompleks logistika şirkətlərinə, brokerlərə, istehsalçılara və treyderlərə ixrac, idxal, tranzit həmçinin reeksport əməliyyatları üzrə geniş çeşidli xidmətlər təqdim edir. Ərazidə qida məhsullarının saxlanması, çeşidlənməsi, qablaşdırılması, eləcə də qida təhlükəsizliyi laboratoriya xidmətləri üzrə fəaliyyət müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilmişdir. Eyni zamanda, fəaliyyətin “bir pəncərə” prinsipi əsasında təşkili çərçivəsində aidiyyəti dövlət qurumlarının daimi iştirakı təmin edilmiş, gömrük və digər prosedurların operativ və şəffaf icrası üçün zəruri infrastruktur formalaşdırılmışdır. Dalan dəmiryolu xətti üzərində həyata keçirilən terminal əməliyyatları ticarət proseslərinin daha səmərəli və çevik təşkilinə imkan verir. Əlavə olaraq, kompleksin ərazisində fəaliyyət göstərən biznes mərkəzi, otel, restoran, yanacaq doldurma məntəqəsi və digər ictimai iaşə obyektləri tərəfdaşlar və qonaqlar üçün funksional, komfortlu və çoxşaxəli xidmət mühiti təmin edir.
Əlaqə vasitələri:
PR üzrə aparıcı mütəxəssis
Tələb olunan bilik, bacarıq, təcrübə:
- PR, Marketinq, Jurnalistika və ya uyğun sahə üzrə ali təhsil;
- PR və ya korporativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dillərini bilmək üstünlükdür);
- Güclü təqdimat və ictimai kommunikasiya bacarığı;
- Kontent planlama və copywriting bacarığı;
- Kreativ düşüncə və təşəbbüskarlıq;
- Yüksək təşkilatçılıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Şirkətin bazarda tanınırlığının artırılması üçün PR təşəbbüslərinin hazırlanması;
- Media, ictimaiyyət və tərəfdaşlarla münasibətlərin qurulması və idarə olunması;
- Press-reliz, müsahibə, məqalə, korporativ xəbər və digər PR məzmunlarının hazırlanması;
- Şirkətin sosial media hesablarının və ictimai kommunikasiya fəaliyyətlərinin koordinasiyası;
- Korporativ tədbirlərin, sosial layihələrin, media görüşlərinin və tanıtım fəaliyyətlərinin təşkili;
- Şirkətin rəhbər heyəti üçün çıxış mətnləri, təqdimatlar və kommunikasiya materiallarının hazırlanması;
- Bazarda şirkətin reputasiyasına təsir edə biləcək risklərin monitorinqi və operativ kommunikasiya tədbirlərinin görülməsi;
- Foto, video və digər vizual kontentin hazırlanması prosesinin koordinasiyası;
- Şirkətin xidmətləri ilə bağlı media və rəqəmsal platformalarda müsbət görünürlüğün artırılması.
Təminat və əlavə üstünlüklər:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
İş qrafiki: Həftə içi 5 gün
Ünvan: “Chirag Plaza” Biznes mərkəzi.























