CNN Group
Planlama Mühəndisi
CCN Holding Azərbaycan Mərkəz Ofisi komandamıza qoşulmaq üçün təcrübəli Planlama Mühəndisi axtarır.
İş şəraiti
- İş yeri: Zaqulba qəsəbəsi
- İş qrafiki: Bazar ertəsi – Şənbə
Tələblər:
- İnşaat Mühəndisliyi, Memarlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;
- Tikinti sektorunda planlama və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Primavera P6 və MS Excel proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- İş proqramlarının hazırlanması, baseline planların qurulması, irəliləyişlərin yenilənməsi və proqram reviziyalarının aparılması üzrə təcrübə;
- Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanması bacarığı;
- Adam-saat, maşın-saat və qazanılmış dəyər (Earned Value) analizləri üzrə təcrübə;
- Sahədə görülən işlərin icrasını izləyərək faktiki göstəricilərin təhlilini aparmaq bacarığı;
- Podratçılar, sahə komandaları və Texniki Ofis əməkdaşları ilə koordinasiyalı işləmək bacarığı;
- İngilis dilini yazılı və şifahi formada yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə qabiliyyəti, güclü ünsiyyət bacarığı və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Layihələrin iş proqramlarının hazırlanması və idarə olunması;
- Layihə irəliləyişlərinin monitorinqi və təhlili;
- Vaxt, resurs və məhsuldarlıq göstəricilərinin izlənilməsi;
- Dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Layihə komandaları arasında koordinasiyanın təmin edilməsi.























