Gens Elektrik
Şirkət haqqında:
"GENS ELEKTRİK"MMC 2011-ci ildə qurulmuşdur. Şirkətimizin gənc olmasına baxmayaraq, qısa zaman ərzində gördükləri işlər onu göstərirki, kollektivimiz Azərbaycan Respublikasının iqtisadiyyatına və sənayesinə durmadan öz tövhəsini verməkdədir. Beləki, Azərbaycan, ABŞ, Finlandiya, Türkiyə və Russiya kimi ölkələrin nüfuzlu Universitetlərinin məzunu olmuş peşakar mühəndislərin başçiligi altında 80 nəfərə yaxın bacarıqlı, işini sevən, günugündən peşakarliğını artıran, müştərilərin istəklərini yerindəcə yerinə yetirə bilən kollektivimiz fəaliyyət göstərir.
"GENS ELEKTRİK" MMC nəzdində fəaliyyət göstərən "GENS SERVİS", "GENS PANO", "GENS ELEKTRİK LAHİYƏLƏNDİRMƏ" Azərbaycanda peşakar səviyyədə müştərilərə bütün növ dizel generatorların, avtokarların, qaynaq aparatlarının təmiri və sazlanmasını təmin edir.
Şirkətin missiyası: Dunya markalarının yüksək səviyyədə təmsil etmək, yeni texnologiyaların Azərbaycana gətirib sənayemizi keyfiyyətli məhsullarla təmin etmək, bununla da iqtisadiyyatımızın güclənməsinə yardım etməkdən ibarətdir.
Əlaqə vasitələri:
Tenderlər üzrə operator mütəxəssis
Tələblər
- Cinsi Xanım;
- Ali təhsil
- Yaş məhdudiyyəti 22-30
- Müvafiq sahə üzrə 1 ildən yuxarı iş təcrübəsi;
- E-tender portalında işləmə bacarığı-müvafiq sahə üzrə iş təcrübəsi.
- E-taxes online kargüzarlıq sisteminde işləmə bacarığı.
- İngilis və Rus dilləri (İkisindən birini bilmək mütləqdir)..
- Software bacarıqlarının olması.
- Ünsiyyət qurma fikrini səlis izah ede bilmə qabiliyyəti
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı.
- İşinə ciddi yanaşmalı məsuliyyətli olmalı.
İş barədə məlumat:
- Tender prosesində şirkətin təmsil olunması.
- Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi.
- Tələb olunan sənədlər toplusunun əldə olunması dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması.
- Tender təkliflərinin qeydiyyatının aparılması və saxlanılması.
- Bazar qiymətlərinin araşdırılması analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi.
- Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələlər üzrə müqavilə və digər sənədləşmələri həyata keçirtmək.
- İştirak edilən tenderlər haqqında dövrü hesabatlar hazırlamaq.
- Müxtəlif platformalar üzrə tenderlərin izlənməsi və təhlilinin aparılmas.
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması.
- Rəhbərliyin verdiyi tapşırıqları düzgün və vaxtında yerinə yetirmək
İş şəraiti:
- İş vaxtı 09:00 – 18:00 (6 günlük iş həftəsi)
- İstirahət: Bazar günü.
- Şirkət tərəfindən korporativ nömrə, telefon və internet ilə təmin olunur.
- Əmək haqqı: 600-1000 AZN (təcrübəyə görə)
- İşçilər Azərbaycan Respublikası Məcəlləsinə əsasən sənədləşdirilir.
- İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185
Zəhmət olmasa cv-lərinizi göndərərkən Tenderlər üzrə operator mütəxəssis qeyd etməyi unudmayın.























