Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin təşkilati strukturunun təhlil edilməsini və optimallaşdırılması üzrə təkliflərin hazırlanmasını həyata keçirmək;
- Vəzifə təsvirlərinin hazırlanmasını, yenilənməsini və standartlaşdırılmasını təmin etmək;
- Ştat cədvəllərinin idarə edilməsini və struktur dəyişikliklərinin koordinasiya edilməsini həyata keçirmək;
- İş yükü analizlərinin aparılmasını və işçi ehtiyaclarının qiymətləndirilməsini təmin etmək;
- Performans idarəetmə sisteminin tətbiqini və inkişaf etdirilməsini həyata keçirmək;
- KPI və digər performans göstəricilərinin hazırlanmasında iştirak etmək;
- Karyera planlaşdırılması və varislik planlarının hazırlanmasını və icrasını dəstəkləmək;
- İnsan resursları göstəricilərinin təhlil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Təşkilati inkişaf layihələrinin planlaşdırılmasını, icrasını və monitorinqini həyata keçirmək;
- Daxili prosedur, qayda və siyasətlərin hazırlanmasında iştirak etmək;
- Əməkdaş məmnuniyyəti, təşkilati effektivlik və məhsuldarlıq göstəricilərinin təhlil edilməsini həyata keçirmək;
- Rəhbərliyə təşkilati inkişaf üzrə təkliflərin təqdim edilməsini təmin etmək.
Tələblər:
- İnsan Resursları, Biznesin İdarəedilməsi, Menecment və ya əlaqəli sahə üzrə ali təhsilə malik olmaq;
- Təşkilati inkişaf, performans idarəetməsi və ya HR analitika sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Təşkilati strukturlaşdırma, iş yükü analizi və performans idarəetməsi üzrə biliklərə sahib olmaq;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Analitik düşünmə və məlumatların təhlil edilməsi bacarığına sahib olmaq;
- Təqdimat hazırlamaq və təqdim etmək bacarığına malik olmaq;
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq.
Təklif edirik
- Nahar və servis ilə təminat;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük tam iş qrafiki;
- Korporativ mobil nömrə






















