Falcon Finance
Şirkət haqqında:
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti "Falcon Finance” adı ilə 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə kiçik və orta sahibkarlıq kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur.
Kredit bazarında aparıcı təşkilatlardan olan "Falcon Finance”, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara BOKT-a gəlmədən belə müxətlif çeşidli BOKT məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.
2013-cü ildən fəaliyyət göstərən "Falcon Finance”-in Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi,xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində "Falcon Finance”-in paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni kredit məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal BOKT etmək.
Əlaqə vasitələri:
İnsan resursları üzrə mütəxəssis
BOKT “Falcon Finance” MMC İnsan resursları üzrə mütəxəssis vakansiyası elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
- Yeni işçilərin işə qəbulu, müqavilələrin hazırlanması və sənədlərin formalaşdırılmasında dəstək göstərmək;
- İşdən çıxan əməkdaşların sənədlərinin düzgün tərtib olunmasında dəstək göstərmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək;
- HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı, dövriyyə göstəriciləri və s.) hazırlanmasında iştirak etmək;
- HR fayllarının arxivləşdirilməsi və sistemli saxlanılmasına dəstək göstərmək;
- HR tədbirlərinin (təlimlər, görüşlər, daxili aksiyalar və s.) təşkilinə inzibati dəstək göstərmək;
- Yeni əməkdaşların adaptasiya prosesində iştirak etmək və ilkin məlumatlandırmanı dəstək göstərmək;
- HR siyasət və prosedurlarının tətbiqində komanda üzvlərinə dəstək olmaq;
- İşçilərin şəxsi məlumatlarının HR sisteminə düzgün və vaxtında daxil edilməsi və yenilənməsində dəstək göstərmək;
- İR layihələrində aktiv iştirak etmək;
- Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak etmək, təkliflər vermək və sənədləşmədə kömək etmək;
- Layihələr üzrə vizualların hazırlanmasında ideyaların verilməsi;
- Layihələr üzrə sənədləşmə işlərinin həyata keçirilməsi;
- İllik işçi bağlılığı sorğumuzdan əldə edilən rəy əsasında əsas kommunikasiya fəaliyyətlərini formalaşdırması və məlumatlandırması;
- Daxili tədbirlərin və layihələrin təşkilində kömək və iştirak etməsi;
Tələblər:
- Yaş: 21 — 35 yaş
- Təhsil: Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: Qadın
Qeyd - Bank və BOKT təcrübəsi olan namizədlərin tələb olunur






















