PASHA Insurance

Şirkət haqqında:

PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.

PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.

Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.

Əlaqə vasitələri:

Lean biznes analitik

PAŞA Sığorta ASC namizədləri Lean biznes analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Lean Biznes Analitik şirkətin strateji məqsədlərinə uyğun olaraq biznes proseslərinin dəyər axını əsasında təhlilini aparır, israfı müəyyənləşdirir və proseslərin ölçülə bilən şəkildə təkmilləşdirilməsini təmin edir. Bu vəzifə Lean prinsipləri, məlumat əsaslı yanaşma və uyğun texnoloji həllərlə biznes məqsədlərini əlaqələndirərək operativ səmərəliliyin, keyfiyyətin və müştəri dəyərinin artırılmasına töhfə verir.

Öhdəliklər

  • Təşkilatda Lean metodologiyasının tətbiqinə və yayılmasına dəstək vermək, Lean Agile Office tərəfindən müəyyən edilmiş standartlara uyğun icranı təmin etmək
  • Value Stream Mapping (VSM) vasitəsilə əsas proses və dəyər axınlarının təhlilində iştirak etmək, israf nöqtələrini müəyyənləşdirmək
  • Lean alətləri (Kaizen, 5S, Visual Management) əsasında proseslərin sadələşdirilməsi və optimallaşdırılması təşəbbüslərində iştirak etmək
  • Continuous Improvement təşəbbüslərinin icrasında iştirak etmək və bu yanaşmanın komandalar arasında tətbiqinə dəstək olmaq
  • Komandaların müəyyən edilmiş proses intizamına riayət etməsinə dəstək vermək və Lean uyğunluq yoxlamalarında iştirak etmək
  • Əməliyyat səmərəliliyinin artırılması üçün Lead Time, Cycle Time və Flow Efficiency göstəricilərinin izlənməsində və təhlilində iştirak etmək

Bilik və Bacarıqlar

  • Güclü analitik və problemlərin həlli bacarıqları, detallara diqqət
  • Tələblərin toplanması, izlənməsi, dəyişikliklərin idarə olunması və sənədləşdirmənin aparılması
  • Layihə idarəetmə prinsipləri haqqında baza bilikləri
  • Əsas texnologiyalar, platformalar və arxitektura haqqında biliklər
  • Biznes və texniki komandalar arasında ünsiyyəti qurmaq və idarə etmək
  • Müxtəlif sistemlərin inteqrasiyasını anlamaq
  • Avtomatlaşdırma və robotlaşdırma texnologiyaları haqqında məlumatlılıq
  • Potensial riskləri müəyyənləşdirmək və onlarla bağlı tədbirlər görmək
  • Proqram təminatının inkişafının həyat dövrü metodologiyaları (Agile, Scrum, SAFe Kanban) haqqında biliklər
  • Uzunmüddətli biznes məqsədlərini nəzərə alaraq strateji qərarlar qəbul etmək
  • Davamlı öyrənmə və inkişaf etmə arzusu
  • Müvafiq sahə və sənaye üzrə biliklər (maliyyə, səhiyyə, insan resursları və s.)
  • Təhlil, kommunikasiya, punktuallıq, məsuliyyətlik, ünsiyyətçilik, komandada işləmə bacarığı, münaqişələrin həlli
  • Dil bilikləri: Azərbaycan, İngilis

Təhsil və Təcrübə

  • Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Müvafiq sahədə 2-4 il iş təcrübəsi

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və bilik mübadiləsi
  • Fərdi və peşəkar inkişaf imkanları
  • Şirkətin strateji təşəbbüslərində iştirak və real təsir imkanı
  • Şəffaf və innovativ iş mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap