Bestcomp Group
Şirkət haqqında:
1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.
Əlaqə vasitələri:
Elektrik və elektronika mühəndisi
Əsas tələblər:
- Müvafiq ali (bakalavr) texniki təhsili olmalı;
- Elektrotexnikanın əsaslarını bilməli;
- Elektrik dövrələrini hesablamağı bacarmalıdır;
- Elektrik dövrələri qurmağı və sınaqdan çıxarmağı bacarmalı;
- Qüsurları müəyyən edib aradan qaldırmağı bacarmalı;
- Layihə sənədləri hazırlamağı bacarmalı;
- Hesabat hazırlamağı bacarmalı;
- Elektrik dizayn proqramlarını, AutoCADı bilməli, sxem-çertyoj hazırlamağı bacarmalı;
- Azərbaycan dilində yazışmağı bacarmalı;
Aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük verilir:
- Sahədə iş təcrübəsi olana, işləri təşkil edib, nəzarətdə saxlamaq bacarığı olanlara;
- Elektronika və radiotexnikada təcrübəsi və dərin bilikləri olanlara;
- UPS avadanlığı, HVAC ilə iş təcrübəsi olablara;
- Avtomatika sistemləri ilə təcrübəsi olanlara;
- Xarici dilləri bilənə;
Şəxsi Keyfiyyətlər:
- Yüksək məsuliyyət hissi və işə ciddi yanaşma.
- Komanda işinə uyğunluq və müştəri məmnuniyyətinə önəm vermə.
- Detallara diqqət və dəqiqlik.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

























