28EDGE LLC
Şirkət haqqında:
28EDGE LLC beynəlxalq commodity trading şirkətidir. Şirkət aqrar məhsullar, gübrələr, neft məhsulları, metallar, petro-kimya məhsulları və digər strateji xammal məhsullarının qlobal ticarəti ilə məşğul olur.
Əlaqə vasitələri:
Business Development & Commodity Trader
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- Tam ştat
- Beynəlxalq müştərilər, təchizatçılar və tərəfdaşlarla gündəlik əməkdaşlıq
Vəzifənin məqsədi
- Yeni beynəlxalq biznes imkanlarının yaradılması, müştəri və təchizatçı şəbəkəsinin genişləndirilməsi, commodity alqı-satqı əməliyyatlarının kommersiya baxımından idarə olunması və şirkətin qlobal bazarlarda inkişafına dəstək vermək.
Əsas vəzifələr
- Beynəlxalq bazarlarda yeni müştəri və təchizatçıların araşdırılması və cəlb edilməsi
- Commodity məhsulları üzrə alış və satış imkanlarının müəyyən edilməsi
- Potensial alıcılar, istehsalçılar və distribyutorlarla əlaqələrin qurulması
- Qiymət təkliflərinin hazırlanması və kommersiya danışıqlarının aparılması
- Alış və satış müqavilələrinin kommersiya şərtlərinin koordinasiyası
- Bazar qiymətlərinin, tələb-təklif dəyişikliklərinin və trendlərin izlənilməsi
- Yeni ölkələrdə və bazarlarda biznes imkanlarının araşdırılması
- Təchizat zənciri, logistika və sənədləşmə komandaları ilə koordinasiya
- Müştəri bazasının inkişaf etdirilməsi və uzunmüddətli biznes münasibətlərinin qurulması
- Satış hədəflərinin yerinə yetirilməsi və kommersiya hesabatlarının hazırlanması
Tələblər
- Ali təhsil (Biznes, İqtisadiyyat, Beynəlxalq Ticarət və ya əlaqəli sahələr üstünlükdür)
- Minimum 2-3 il satış, biznes inkişafı, beynəlxalq ticarət və ya commodity trading təcrübəsi
- Güclü ingilis dili biliyi (yazılı və şifahi)
- Rus dili və digər xarici dillər üstünlükdür
- B2B satış və danışıqlar bacarığı
- Beynəlxalq bazarları analiz etmək bacarığı
- Güclü kommunikasiya və əlaqə qurma qabiliyyəti
- Nəticə yönümlü və kommersiya düşüncəsinə sahib olmaq
- MS Office və Excel bacarıqları
Texniki biliklər
- Commodity trading prinsipləri
- Incoterms 2020
- Beynəlxalq satış və alış prosesləri
- Trade Finance anlayışı
- LC, SBLC və əsas ödəniş metodları haqqında anlayış
- Supply chain və logistika prosesləri
- Market research və qiymət analizi
- CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür
KPI-lər
- Cəlb olunan yeni müştəri və təchizatçı sayı
- Bağlanan uğurlu ticarət əməliyyatlarının sayı və həcmi
- Satış və gəlir hədəflərinin icrası
- Yeni bazarların və biznes imkanlarının yaradılması
- Müştəri münasibətlərinin davamlılığı
- Kommersiya hesabatlarının dəqiqliyi
Üstünlüklər
- Performans əsaslı bonus imkanları
- Beynəlxalq commodity trading bazarında inkişaf
- Qlobal müştəri və tərəfdaşlarla işləmə imkanı
- Karyera inkişaf perspektivi























