28EDGE LLC
Şirkət haqqında:
28EDGE LLC beynəlxalq commodity trading şirkətidir. Şirkət aqrar məhsullar, gübrələr, neft məhsulları, metallar, petro-kimya məhsulları və digər strateji xammal məhsullarının qlobal ticarəti ilə məşğul olur.
Əlaqə vasitələri:
General Trading Coordinator
İş yeri: Bakı, Azərbaycan, Tam ştat
Vəzifənin məqsədi
- Şirkətin qlobal ticarət əməliyyatlarının düzgün və effektiv koordinasiyasını təmin etmək. Alıcılar, təchizatçılar, logistika şirkətləri, banklar və daxili komandalar arasında əməliyyat proseslərini idarə etmək.
Əsas vəzifələr
- Beynəlxalq alış və satış əməliyyatlarının gündəlik koordinasiyası
- Müştəri və təchizatçılarla əməliyyat əlaqələrinin idarə olunması
- Satış və alış müqavilələrinin icra prosesinin izlənilməsi
- Sifarişdən çatdırılmaya qədər əməliyyat prosesinin koordinasiyası
- Logistika şirkətləri, ekspeditorlar və digər tərəfdaşlarla əlaqə
- Yüklərin hərəkətinin və çatdırılma tarixlərinin izlənilməsi
- Shipping və trade sənədlərinin koordinasiyası
- Commercial Invoice, Packing List, Bill of Lading və digər sənədlərlə işləmək
- CRM və daxili sistemlərdə məlumatların yenilənməsi
- Əməliyyat hesabatlarının hazırlanması
- Gecikmə və problemlərin müəyyən olunması və həlli üçün koordinasiya
- Satış, sənədləşmə və maliyyə komandalarına əməliyyat dəstəyi
Tələblər
- Təcrübə: Minimum 2-4 il beynəlxalq ticarət, logistika, supply chain və ya trade operations sahəsində təcrübə
- Ali təhsil
- Beynəlxalq ticarət və logistika proseslərini anlamaq
- İngilis dili biliyi (yazılı və şifahi)
- Rus dili biliyi
- MS Office və Excel bacarıqları
- Güclü təşkilatçılıq qabiliyyəti
- Detallara diqqət və analitik düşüncə
- Eyni anda bir neçə əməliyyatı idarə etmək bacarığı
- Commodity trading təcrübəsi üstünlükdür
Texniki biliklər
- Incoterms 2020
- Import və export əməliyyatları
- Beynəlxalq logistika prinsipləri
- Shipping sənədləri
- Supply Chain Management
- Trade Finance əsasları
- LC və digər ödəniş metodları haqqında anlayış
- CRM/ERP sistemləri ilə işləmə bacarığı üstünlükdür
KPI-lər
- Əməliyyatların vaxtında tamamlanması
- Çatdırılma proseslərində gecikmələrin minimum olması
- Məlumat və hesabatların dəqiqliyi
- Müştəri və təchizatçı koordinasiyasının effektivliyi
- CRM məlumatlarının düzgün saxlanılması
- Problemlərin həll sürəti
Üstünlüklər
- Qlobal layihələrdə iştirak
- Dubay mərkəzli şirkətdə karyera inkişafı
- Performansa əsaslanan inkişaf imkanları























