BMY Caspian MMC
Şirkət haqqında:
BMY Caspian MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs izolyasiyası, yanğınavə qarşı örtüklər, karbon-epoksid gücləndirmə sistemləri və sənaye döşəmələri üzrə ixtisaslaşmaqla yanaşı, kommersiya və infrastruktur layihələrinin tikinti, bərpa və layihələndirməsini də həyata keçirir.
Əlaqə vasitələri:
SƏTƏM Mütəxəssisi (Tikinti sahəsi)
İş yeri - Bakı və tikinti layihələri üzrə sahələr
İş qrafiki - Tam iş günü
Vəzifə öhdəlikləri
- Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə və icrasına nəzarət etmək;
- Tikinti işləri başlamazdan əvvəl risklərin qiymətləndirilməsini həyata keçirmək və təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək;
- İşçilər üçün ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlandırmalarını keçirmək;
- Tikinti meydançasında gündəlik yoxlamalar aparmaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabat hazırlamaq və onların aradan qaldırılmasına nəzarət etmək;
- Hündürlükdə işlər, qaldırıcı mexanizmlər, qazıntı işləri, elektrik işləri və digər yüksək riskli fəaliyyətlər üzrə təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
- Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
- Qəza, insident və təhlükəli hallar üzrə araşdırmalar aparmaq, səbəbləri təhlil etmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
- Fövqəladə hallara hazırlıq planlarının hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmək;
- SƏTƏM üzrə aylıq, həftəlik və gündəlik hesabatları hazırlamaq;
- Podratçı və subpodratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
- Dövlət qurumlarının yoxlamaları zamanı lazımi sənədləri təqdim etmək və prosesdə iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil (Mühəndislik, Tikinti, Əməyin mühafizəsi və ya uyğun ixtisaslar üzrə);
- Tikinti sahəsində SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyini bilmək;
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditlərinin aparılması bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- SƏTƏM sahəsində beynəlxalq sertifikatların (NEBOSH, IOSH və s.) olması üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Liderlik və təşəbbüskarlıq;
- Yüksək məsuliyyət hissi;
- Nizam-intizamlı və nəticəyönümlü olmaq;
- Stress altında işləmək bacarığı.
Şirkət təklif edir
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və peşəkar iş mühiti;
- Karyera yüksəlişi perspektivi.
























BMY Caspian MMC