Gill Med MMC
Şirkət haqqında:
“Gill Med” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Birgə İnvest” MMC-nin dəstəyi ilə fəaliyyətə başlamışdır.
“Gill Med” MMC tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı məqsədilə fəaliyyətə başlamış bu gün isə bazarda 80-dən çox məhsul çeşidi ilə tanınır. Burada gündəlik olaraq 800-1000 ədəd tibbi heyət və xəstələr üçün üst geyim və uniformalar, 200-250 ədəd steril cərrahi və stomatoloji dəstlər, 7000-ə yaxın tibbi maska, 150-200 min arası baxil o cümlədən, tibbi xalatlar, papaqlar, pasiyent geyimləri, həkim formaları, birdəfəlik kombinezonlar və bir sıra digər tibbi tekstil məhsulları istehsal edilir.
Müəssisənin ən müasir avadanlıqlar ilə təchiz edilməsi yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsal olunmasını təmin edir.
“Gill Med” istehsal müəssisəsində bir neçə bölmə qurulub:
- Dərzi və kəsim bölməsi
- Sterilizə setlərin istehsalı bölməsi
- Baxil istehsalı bölməsi
- Qablaşdırma bölməsi
- İnzibati bölmə
- Loqistika bölməsi
“Gill Med” şirkəti nəinki biznes, həmçinin, sosial yönümlü layihə olduğundan müəssisədə çalışan işçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir.
Şirkətin əsas məqsədi istehsal gücünü 2 million metrəyə çatdırmaq, keyfiyyətli tibbi məhsulların davamlı istehsalını təşkil edərək, bu sahədə güclü mövqe tutmaq, etimad qazanmaq, bununla ixrac potensialını artırmaq və xarici bazarda yerli məhsulları tanıtmaqdır.
Əlaqə vasitələri:
Maliyyə Direktoru
İş şəraiti
- Əmək haqqı: 3.000 AZN (net);
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş saatları: 09:00 – 18:00;
- İş yeri: Bakı;
- Birbaşa şirkət rəhbərliyinə hesabatvermə;
- Strateji qərarların qəbulunda iştirak imkanı;
- Peşəkar və karyera inkişafı perspektivləri.
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə, mühasibatlıq və xəzinədarlıq funksiyalarının effektiv idarə olunmasını təmin etmək;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərini idarə etmək;
- Büdcə icrasına nəzarət etmək, kənarlaşmaları təhlil etmək və rəhbərliyə təkliflər təqdim etmək;
- Pul axınlarının, dövriyyə kapitalının və likvidliyin effektiv idarə olunmasını təmin etmək;
- Şirkətin mənfəətlilik, rentabellik və maliyyə göstəricilərinin təhlilini təşkil etmək;
- İstehsal maya dəyərinin formalaşdırılması və optimallaşdırılmasını təmin etmək;
- Məhsul və layihələr üzrə rentabellik analizlərinin aparılmasını təmin etmək;
- Tender və iri müqavilələrin maliyyə risklərini qiymətləndirmək və rəhbərliyə rəy təqdim etmək;
- Maliyyə risklərinin müəyyən edilməsi və idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Daxili nəzarət sistemlərinin və maliyyə prosedurlarının təkmilləşdirilməsinə rəhbərlik etmək;
- İdarəetmə hesabatlarının hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək;
- Xarici auditorlar və digər tərəfdaşlarla maliyyə məsələləri üzrə əməkdaşlığı koordinasiya etmək;
Tələblər
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- İstehsalat sektorunda iş təcrübəsi mütləqdir, tekstil sahəsində təcrübə üstünlük hesab olunur;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə güclü biliklər;
- Korporativ maliyyə, investisiya təhlili və risklərin idarə olunması sahəsində təcrübə;
- İstehsal maya dəyərinin hesablanması və optimallaşdırılması sahəsində praktiki biliklər;
- ERP, 1C və digər maliyyə idarəetmə sistemləri ilə iş təcrübəsi;
- MS Excel proqramında yüksək səviyyədə bilik;
- IFRS üzrə biliklər və maliyyə hesabatlarının təhlili bacarığı;
- Azərbaycan dili sərbəst, ingilis və rus dili bilikləri üstünlük hesab olunur
- Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarıqları;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

























