Layihələrin İdarə Edilməsi Üzrə Menecer
Vəzifə öhdəlikləri:
- Şirkətin layihələrinin planlaşdırılması, icrası, monitorinqi və uğurla yekunlaşdırılmasını təmin etmək;
- Layihələrin vaxt, büdcə və keyfiyyət göstəricilərinə uyğun icrasına nəzarət etmək;
- Layihə planlarını, iş qrafiklərini və resurs bölgüsünü hazırlamaq və idarə etmək;
- Layihə komandalarının fəaliyyətini koordinasiya etmək, tapşırıqların icrasına nəzarət etmək;
- Müştərilər, podratçılar və digər maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq;
- Layihə üzrə riskləri müəyyən etmək, təhlil etmək və risklərin idarə olunması üçün tədbirlər hazırlamaq;
- Layihələrin icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
- Müqavilə şərtlərinə uyğun işlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Dəyişikliklərin idarə olunmasını təmin etmək və layihə sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
- Layihələrin səmərəliliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və proseslərin təkmilləşdirilməsində iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (Layihələrin idarə olunması, mühəndislik, menecment və ya digər uyğun ixtisaslar üzrə);
- Layihələrin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili – sərbəst, ingilis dili – yüksək səviyyədə (rus dili biliyi üstünlükdür);
- Microsoft Excel, Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və analitik düşünmə bacarığı;
- Güclü ünsiyyət, komanda idarəetməsi və təqdimat bacarıqları;
- Vaxtın effektiv idarə olunması və paralel şəkildə bir neçə layihəni idarə etmək bacarığı;
- Məsuliyyətli, nəticəyönümlü və qərarvermə bacarığı.
Əmək Şəraiti:
- İş yeri: Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 12
- İş qrafiki: 5 gün (08:00-17:00 )
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
























