Smeta mühəndisi
Vəzifə öhdəlikləri
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
- Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Vahid qiymət analizləri;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Tikinti materialları və inventarına nəzarət;
Tələblər:
- Ali təhsil:İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : Tikinti sahəsində iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (Rus dili, İngilis dili arzuolunandır)
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Ezama gedə bilən namizədlərə üstünlük veriləcək
Əlavə məlumat:
- İş qrafiki: 6/1, 08:00-17:45
- Əmək haqqı: Müsahibə zamanı
- İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
























