PASHA Insurance
Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Front end üzrə mükəməllik mərkəzinin rəhbəri
PAŞA Sığorta ASC namizədləri Front end üzrə mükəməllik mərkəzinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkətin frontend texnologiyalarının inkişafına rəhbərlik edir, sistem və komponent arxitekturasının hazırlanmasını, istifadəçi təcrübəsinə əsaslanan performanslı və təhlükəsiz veb tətbiqlərin yaradılmasını təmin edir, texniki komandanı idarə edir və innovativ həllərin tətbiqinə nəzarət edir. Rəhbər, texnoloji strategiyanın formalaşdırılması, komanda inkişafı və müxtəlif departamentlərlə effektiv əməkdaşlıq vasitəsilə şirkətin rəqəmsal transformasiyasına mühüm töhfə verir.
Öhdəliklər
- Front end komandalarının texniki fəaliyyətinə və standartlara rəhbərlik etmək
- İstifadəçi təcrübəsini optimallaşdırmaq üçün komponent arxitekturası və performans yönümlü dizayn prinsiplərinin tətbiqi
- Müasir JavaScript framework-lərinin, build sistemlərinin və UI kitabxanalarının seçilməsi və tətbiqi
- Junior və mid-level developer-ların inkişafına dəstək, bilik paylaşımı və kod baxışının təşkili
- Kod keyfiyyəti, test əhatəsi, accessibility və SEO kimi sahələrin standartlara uyğun şəkildə təmin olunması
- Front end tapşırıqlarının Agile strukturuna uyğun planlaşdırılması, izlənməsi və hesabatlılığı
- Back end, mobil, dizayn və məhsul komandaları ilə sıx koordinasiyalı iş aparmaq
Bilik və Bacarıqlar
- HTML5, CSS3, JavaScript (ES6+) üzrə ekspert səviyyəsində biliklər
- React.js və Next.js (SSR/SSG, App Router, Server Components) üzrə dərin biliklər
- Redux Toolkit, React Query, Zustand, Context API ilə state management təcrübəsi
- GraphQL və Apollo Client ilə kompleks sorğuların yazılması və optimallaşdırılması
- TypeScript ilə komponent strukturlaşdırması və tip təhlükəsizliyi
- Tailwind CSS, CSS Modules, Sass, BEM metodologiyası ilə advanced CSS bilikləri
- Lighthouse, Web Vitals, Lazy loading, Code splitting ilə performans optimizasiyası
- Jest, React Testing Library, Cypress, Playwright ilə test və keyfiyyətə nəzarət
- WCAG standartları, semantic HTML, SSR texnikaları ilə accessibility və SEO bilikləri
- Vercel, Netlify, GitHub Actions, Docker (frontend konteynerizasiya) ilə CI/CD və DevOps təcrübəsi
- MUI, Ant Design, Custom UI Kits ilə komponent kitabxanalarının yaradılması və istifadəsi
- Komanda liderliyi, mentorluq və texniki yönləndirmə bacarığı
- Texniki strategiyanın hazırlanması və həyata keçirilməsi
- Kod keyfiyyəti və inkişaf proseslərinin standartlaşdırılması və audit edilməsi
- Komandanın strukturlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi
- Layihə planlama və resursların səmərəli bölüşdürülməsi
- Digər komandalar və stakeholder-lərlə strateji əməkdaşlıq
- Texnoloji yeniliklərin tətbiqində təşəbbüskarlıq və innovasiya yönümlülük
- UI/UX dizayn strategiyalarının formalaşdırılması və istifadəçi yönümlü yanaşmanın tətbiqi
- Front end texnologiyalarının uyğun seçimi və tətbiqində rəhbərlik
- Komponent reuse və dizayn sistemlərinin idarə olunmasına əsaslanan inkişaf yanaşması
- Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr)
- Müvafiq sahədə minimum 5+ il iş təcrübəsi
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq və inkişaf mühiti
- Şəxsi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təcrübə imkanları
- Şirkətin rəqəmsal transformasiyasında real təsir yaratmaq imkanı
- Şəffaflıq və açıq ünsiyyətə əsaslanan korporativ mədəniyyət
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.























PASHA Insurance