Tender üzrə mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis yaxşı səviyyədə;
- Elektron satınalma portalı ilə işləmək bacarığı;
- Təmsiletmə bacarığı;
- Analitik düşünmə və hesablama bacarığı;
- Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
- Məsuliyyətlilik, operativlik və diqqətlilik;
- Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı.
- Kompüter bilikləri (MS Office);
- Yaş həddi; 25-50
İş haqqında məlumat:
- Dövlət və özəl satınalma portallarında elan olunan tenderlərin gündəlik monitorinqini aparmaq;
- Şirkətin fəaliyyət sahəsinə uyğun tenderləri müəyyənləşdirmək və rəhbərliyə təqdim etmək;
- Tender sənədlərini təhlil etmək, iştirak şərtlərini qiymətləndirmək;
- Tender təkliflərinin hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Tələb olunan hüquqi, maliyyə və texniki sənədləri toplamaq və düzgün şəkildə formalaşdırmaq;
- Şirkətin digər şöbələri ilə koordinasiyalı işləyərək qiymət təkliflərini və texniki məlumatları toplamaq;
- Elektron satınalma portalı üzərindən tender müraciətlərini həyata keçirmək;
- Tender nəticələrini izləmək, qalib və ya uduzulmuş tenderlər üzrə hesabat hazırlamaq;
- Bağlanmış müqavilələrin icrasını izləmək və sənədləşməni təmin etmək;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Satınalma və tender qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı 800-1000 AZN























Azdizayn Group