Aqrar İnnovasiya və Təchizat Şirkəti
Şirkət haqqında:
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.
Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.
Əlaqə vasitələri:
Fresh üzrə kateqoriya meneceri (meyvə-tərəvəz)
İş şəraiti
- Ünvan - Ziya Bünyadov 1965, Çinar Park BM, Bina 1, Mərtəbə 3
- İş qrafiki - Tam iş günü (5 gün) 08:30 – 17:30
- Əmək haqqı - Müsahibə əsasında
Tələblər
- Ali təhsil (biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə)
- Meyvə-tərəvəz məhsulların satınalması, əməliyyatları sahəsində iş təcrübəsi
- Analitik düşüncə tərzi və satış hesabatlarının hazırlanması bacarığı
- Danışıqlar aparmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı
- Səlis Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür
- Ezamiyyətlərə hazırlıqlı olmaq
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Yerli bazar üzrə satış əməliyyatlarını izləmək və koordinasiya etmək
- Müştəri sifarişlərinin qəbulunu və icrasını nəzarətdə saxlamaq
- Satış və anbar əməliyyatları arasında koordinasiyanı həyata keçirmək
- Məhsul mövcudluğunu və qalığını gündəlik olaraq izləmək
- Qiymət dəyişikliklərini və bazar tendensiyalarını müntəzəm izləmək
- Günlük, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq
- Satış göstəricilərini analiz edərək rəhbərliyə təqdim etmək
- Müştəri şikayətlərinin operativ həllində fəal iştirak etmək
- Satış prosesindəki gecikmə və riskləri müəyyən edib lazımi tədbirlər görmək
- Yeni satış imkanlarının araşdırılmasına və müştəri bazasının genişləndirilməsinə dəstək vermək
- Logistika və çatdırılma proseslərinin düzgün icrasını izləmək






















