Ayan MMC
Şirkət haqqında:
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən bir sıra işlərin nəticəsi olaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdır. Buna parlaq misal olaraq 2005-ci ildə yaradılmış “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar.
“Ayan”MMC-nin yaradılmasında əsas məqsəd dünya standartlarına cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, onun daxili və xarici bazarda yayılmasını təşkil etməkdir.
Şirkətdə dünya standartlarına cavab verən texnoloji avadanlıq quraşdırılıb. Burada istehsal olunan məhsullara ciddi nəzarət vardır. Şirkətimizdə tətbiq olunan beynəlxalq ISO 9000 və ISO 22000 sistemlərinin tətbiqi buna bariz nümunədir.
Şirkət onun modernizasiyası üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırmasını, estetik görünüşünü yeniləşdirərək istehsalın həcmini artırır.
“Ayan” MMC istehsal olunan yüksək keyfiyyətli məhsulların eksportu sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində böyük istehsalçı şirkətlərlə uğurlu əməkdaşlıq sahəsində böqük təcrübə qazanıb. Hal-hazırda şirkətimiz alıcılara qida məhsullaırının böyük seçimini təqdim etməyə hazırdır.
Əlaqə vasitələri:
İstehsalat üzrə Operator
Vəzifə öhdəlikləri:
- Nəzarət etdiyi istehsal avadanlıqlarının işləmə prinsiplərini, tərtib olunmuş qrafik əsasında onlara vaxtında qulluq qaydalarını bilməli, onların hər iş gününün sonunda təmizlənməsini təmin edib növbəti iş gününə hazır olmasına əmin olmalıdır;
- Nəzarət etdiyi istehsal avadanlıqlarının vacib ehtiyat (əlavə) hissələrinin yerində olması barədə mütəmadi olaraq müdiriyyəti məlumatlandırmalıdır;
- İstehsal zamanı suya, elektrik enerjisinə qənaət etməlidir;
- Nəzarət etdiyi istehsal avdanlıqlarında nasazlıq aşkar (baş verərsə) edərsə dərhal müdiriyyəti məlumatlandırmalıdır;
- Nəzarət etdiyi istehsal avadanlıqlarında qəlib dəyişmə prosesi maksimum qısa müddətdə və təlimata uyğun keçirilməlidir;
- Yüksək keyfiyyətli məhsul istehsalına, səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdehlik daşıyır;
- İstehsal olunan məhsullara davamlı nəzarət aparmalı.
Namizədə dair tələblər:
- Bəy namizəd
- 6 günlük iş qrafiki
- Sahə üzrə 1-3 il iş təcrübəsi
- Yaş həddi: 23-45
- Nahar və geyim şirkət tərəfindən verilir
Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.






















