Meqa Həyat Sığorta
Şirkət haqqında:
“Meqa Həyat” sığorta şirkəti 17.09.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə həyat sığortası üzrə sığorta fəaliyyəti göstərməyə icazə verən SF-0003 nömrəli lisenziya verilmişdir.
Şirkət 09.03.2021-ci il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıları reyestrinə daxil edilmiş, 12.03.2021-ci il tarixində isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə fəaliyyət göstərmək icazəsi verilmişdir.
26.05.2021-ci il tarixində “Meqa Həyat" sığorta şirkəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçılar siyahısına daxil edilmişdir.
“Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 11 000 000 AZN təşkil edir və şirkətin təsisçisi 100% payla “Meqa Sığorta” ASC-dir.
Təklif etdiyimiz həyat sığortası məhsulları:
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
- Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
- Həyatın yaşam sığortası
- Müddətli həyat sığortası
Əlaqə vasitələri:
Kiçik mütəxəssis
İşəgötürən: “Meqa Həyat Sığorta” ASC
Bölmə: Mühasibatlıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu sənədlərinin hazırlanmasına və işlənməsinə dəstək olmaq
- Gündəlik maliyyə əməliyyatlarının sənədləşdirilməsində iştirak
- Bank əməliyyatlarına dair sənədlərlə işləmək
- Hesabatların hazırlanmasında mütəxəssislərə yardım etmək
- Müəyyən edilmiş daxili prosedur və qaydalara əməl etmək
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq üzrə)
- Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı
- Təhlil etmə və məlumatlarla işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq
- Komandada işləmə və ünsiyyət bacarığı
Üstünlüklər:
- Mühasibatlıq proqramlarından hər hansı biri ilə tanışlıq (1C, Logo və s.)
- Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması sahəsində nəzəri biliklərin olması
- ACCA və ya digər beynəlxalq sertifikatlara maraq və ya təhsil prosesi
- İngilis və ya rus dili biliyi
Əmək şəraitinin şərtləri:
- İş vaxtı: 5 günlük iş rejimi, saat 09:00-18:00
- İstirahət günləri: Şənbə, Bazar
- Əməkhaqqı: Müsahibə əsasında namizədin biliklərinə uyğun təyin edilə bilər (500 - 600 Azn)
İş yeri: Bakı, Nərimanov r/n


























