Tam Store
Şirkət haqqında:
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.
Əlaqə vasitələri:
Full stack developer
Əsas vəzifə öhdəlikləri:
- C# və ASP.NET Core Web API texnologiyaları ilə backend hissənin hazırlanması;
- React.js framework-u ilə frontend interfeyslərin yaradılması;
- Verilənlər bazasının dizaynı və optimallaşdırılması (SQL və ya NoSQL);
- RESTful API-lərin hazırlanması və inteqrasiyası;
- Mövcud sistemlərin təkmilləşdirilməsi və problemlərin aradan qaldırılması;
- Komanda ilə birgə çalışaraq layihələrin vaxtında tamamlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- C#, ASP.NET Core, Entity Framework, LINQ, Web API texnologiyalarında bilik və təcrübə;
- React.js, JavaScript/TypeScript, HTML5, CSS3, Bootstrap və ya Tailwind CSS üzrə bilik;
- Git/GitHub ilə işləmə bacarığı;
- Komanda şəklində işləmə və məsuliyyətlilik;
- Texniki sənədlərlə işləmə və problemləri analiz etmə qabiliyyəti;
- SQL Server, PostgreSQL və ya MongoDB bilikləri;
- DevOps, Docker və ya CI/CD prosesləri ilə təcrübə;
- İngilis dili biliyi (oxuma və texniki sənədlərlə işləmək üçün).
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil(Müvafiq sahə üzrə);
- Minimum 3 il iş təcrübəsi (Full Stack və ya oxşar istiqamətdə).
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.




















