Melissa Group
Şirkət haqqında:
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.
Əlaqə vasitələri:
Böyük mühasib (kommunal üzrə)
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
- Maliyyə hesabatlarının tərtib olunması(bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
- Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;
- Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
- Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;
- Vergi və əmək qanunvericiliyinin tətbiqi;
- Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;
- Xammal və materialların eləcədə hazır məhsulun hərəkətinin uçotu;
- Yük gömrük bəyannamələrinin işlənməsi;
- E-qaimələrin, müqavilələrin, ödəniş və bank sənədlərini tərtibi;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Tikinti və kommunal sahədə iş təcrübəsinin olması üstünlükdür;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Maliyyə qanunvericiliyi üzrə dərin biliklər;
- "1C 8.3", MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və hesabatlılıq;
- PMS sertifikatı;
- 25-40 yaş arası namizədlər.
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş rejimi: 5 günlük iş qrafiki
- Əmək haqqı: 1800-2000 Azn
- İş yeri: Melissa Group Baş ofis)




















