Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
Baş mühasib
Konsaltinq şirkətimiz daxili nəzarət və risklərin idarə olunmasında strateji yanaşmaya malik təcrübəli Baş Mühasib axtarır. Bu vəzifə qərarvermə proseslərində birbaşa iştirak və yüksək etimad əsasında formalaşır.
Tələblər:
- Yaş həddi: 45–60
- Qadın namizəd
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə)
- Minimum 15 il baş mühasib kimi iş təcrübəsi
- Vergi qanunvericiliyi və mühasibat uçotunu dərin və praktiki səviyyədə bilmək
- Risklərin qiymətləndirilməsi üzrə təcrübə
- Yüksək məsuliyyət, prinsipiallıq və detallara diqqət
- Analitik düşüncə və rəhbərliklə birbaşa işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi
- Vergi və Maliyyə uçotu üzrə nəzarətin həyata keçirilməsi
- Qanunvericiliyə və daxili prosedurlara uyğunluğun təmin edilməsi
Təklif olunur:
- Uzunmüddətli əməkdaşlıq
- Əmək haqqı – danışıq yolu ilə




















