İsti Bölüm Aşpazı
Vəzifə öhdəlikləri:
- Yapon mətbəxinin isti yeməklərinin resept və standartlara uyğun hazırlanması;
- Sifarişlərin vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasının təmin edilməsi;
- Məhsulların düzgün saxlanılması və stoklara nəzarət edilməsi;
- Mətbəxdə sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılması;
- Komanda ilə koordinasiyalı şəkildə işləmək.
Tələblər:
- İsti bölümdə aşbaz kimi minimum 1 il iş təcrübəsi;
- Yapon və ya Asiya mətbəxində təcrübə üstünlükdür;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Növbəli iş rejimində çalışma imkanı.
İş şəraiti
- İş yeri: Port Baku Walk
- 6 günlük növbəli iş rejimi
- Şirkət tərəfindən naharla təmin olunma
- Əmək haqqı: 1000 AZN (Əmək haqqı namizədin peşəkar bacarıq və təcrübəsinə əsasən müəyyən edilir) + bonus



























