Grand Logistics Center
Şirkət haqqında:
GLC - Azərbaycanda yerləşən, fərdiləşdirilmiş logistik həllərin tədarükçüsüdür.
Bizim logistika və nəqliyyat sistemləri sahəsindəki geniş bilik və təcrübələrimiz bizə start-ap şirkətlərindən tutmuş iri transmilli korporasiyalara qədər bütün şirkətlərə anbara yığma, nəqliyyat, və paylama üzrə kompleks xidmətlər təqdim etmək imkanı verir.
Biz qürur hissi keçiririk ki, müştərilərimiz üçün fərdi həllər yaradan və uzunmüddətli tərəfdaşlıq münasibətlərinə investisiya yatıran bir logistika şirkətiyik.
Biz tələbatlarınıza uyğunlaşdırılmış və bütün sutka ərzində, ilin 365 gününü fəaliyyət göstərən üçüncü tərəf logistik həlləri təklif edirik.
Bizim mükəmməlliyə doğru cəhdlərimiz müştərilərimizə özünün tədarük zəncirinin hər bir hissəsində rəqabət üstünlüyü əldə etmək imkanı verir.
Biznesiniz üçün ən yaxşı həlli tapmağınıza kömək etmək həmişə hazırıq!
Əlaqə vasitələri:
Maliyyə Meneceri
Vəzifə öhdəlikləri
- Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi;
- Müxtəlif maliyyə hesabatlarının yoxlanılması və hazırlanmasında iştirak etmək;
- Vergi hesabatlarının yoxlanılması və təqdimatı;
- Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması;
- Xərclərin təhlili, layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak etmək;
- Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;
- Sistem üzərində nəzarət mexanizmlərinin qurulmasında iştirak və mövcud sistemin təkmilləşdirilməsi məqsədi ilə prosedurların mütəmadi yenilənməsi;
- Yeni mühasibatlıq, vaxt sərfiyyatı, mal material, əsas vəsait və digər nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;
- Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;
- Şöbə daxilində işin təşkilini, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək və şöbəyə ümumi rəhbərliyi həyata keçirmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə
Tələblər
- Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat) üzrə ali təhsil
- Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi
- 1C Mühasibatlıq proqramı üzrə biliklərin və təcrübənin olması
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
- Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı
- Yüksək təqdimat və idarəetmə bacarığı
- Yüksək analitik düşüncə bacarığı.





















