Super Toys
Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
Trade marketinq üzrə mütəxəssis
Supertoys MMC “Trade marketinq üzrə mütəxəssis” vakansiyası elan edir!
Vəzifə öhdəlikləri:
- Ticari marketinq strategiyalarının hazırlanması və icrasında iştirak
- Şirkətin marketinq planının hazırlanmasına dəstək göstərilməsi
- Bazar, rəqib və istehlakçı təhlillərinin aparılması, analitik hesabatların hazırlanması
- Satış nöqtələrində (POS) marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasına nəzarət
- Kampaniya, promo və reklam çəkilişlərinin planlaşdırılması, koordinasiyası və icrasında iştirak
- Marketinq kampaniyalarının effektivliyinin təhlili və inkişaf təkliflərinin hazırlanması
- Məhsul, kateqoriya, region və biznes vahidləri üzrə təhlillərin aparılması
- Yeni məhsulların bazara çıxarılması prosesində marketinq fəaliyyətlərinin koordinasiyası
- Promo materialların hazırlanmasına və yerləşdirilməsinə nəzarət
- Satış komandası və digər şöbələrlə sıx əməkdaşlıq
Tələblər:
- Ali təhsil (Marketinq, Menecment, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Ticari marketinq, marketinq, brend və ya kateqoriya idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi
- FMCG və ya B2B sahəsində təcrübə üstünlük hesab olunur
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik






















